"PARA BOKT" 2023-cü il üzrə maliyyə göstəricilərini açıqladı
"PARA BOKT" ASC 31 dekabr 2023-cü il tarixində bitən il üzrə maliyyə hesabatlarını açıqlayıb.
Marja.az hesabatlara istinadən xəbər verir ki, ötən il "PARA BOKT"ın faiz gəlirləri 5 milyon 207 min manat təşkil edib. Təşkilat 2022-ci ildə 6 milyon 109 min manat faiz gəlirləri əldə etmişdi.
2023-cü ildə "PARA BOKT"ın 5 milyon 242 min manat cəmi gəlirlərinə qarşı, cəmi xərcləri 6 milyon 285 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Təşkilat ötən ili 1 milyon 42 min manat xalis zərər ilə başa vurub. "PARA BOKT"ASC-nin 2022-ci ili 1 milyon 825 min manat xalis zərər ilə bağladığını nəzərə alsaq, ötən il kredit şirkətinin xalis zərərinin 783 min manat və ya 42,9% azaldığı görünür. "PARA BOKT"ın xalis zərəri dəyərsizləşmə üzrə zərərlər ilə əlaqədardır. Bu zərər də ildən-ilə azalıb.
"PARA BOKT" ötən ili 4 milyon 71 min manat əməliyyat gəliri ilə bağlayıb. Dəyərsizləşmə üzrə zərərlərin, inzibati və digər xərclərin cəmi əməliyyat gəlirini üstələyib.
31 dekabr 2023-cü il tarixində "PARA BOKT" xalis 12 milyon 134 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Təşkilat 2022-ci ilin sonunda 14 milyon 787 min manat xalis kredit portfelinə malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























