“SOCAR Green”: Enerji keçidi hər kəs üçün çətin olacaq
Bu gün hər kəs mövzunun əhəmiyyətini dərk edərək enerji keçidindən danışır.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə “SOCAR Green” şirkətinin direktoru Elmir Musayev Bakı Enerji Forumunun II günündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ancaq bu enerji sektorunda ilk keçid deyil: “Cəmiyyət biokütlədən kömürə, kömürdən neftə, neftdən təbii qaza keçidlər edib. İndi də dünya təbii qazdan təmiz enerjiyə, “yaşıl enerji”yə keçid edir”.
O qeyd edib ki, dünyamıza fayda vermək baxmından çox önəmli və çətin bir dövrdə yaşayırıq: “Təbii ki, bu keçid hər kəs üçün çətin olacaq. Ancaq hər birimiz bu keçiddə üzərimizə düşəni dərk edirik və məsuliyyətimizi anlayırıq”.
E. Musayev SOCAR-ın Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birgə həyata keçirdiyi ümumi qouyuluş gücü 1 QVt olan layihəni xatırladaq deyib ki, SOCAR Green” üçün ilk iş olduğu üçün bu layihə bir qədər çətin olub: Ola bilsin, “Masdar”, BP şirkətləri üçün belə layihələri icra etmək çətin deyil. Ancaq “SOCAR Green” “Masdar”, BP və digər şirkətlərin təcrübəsini öyrənir. Əməkdaşlarımızı öyrədirik”.
O xatırladıb ki, bu il keçirilən Bakı Enerji Həftəsi çərçivəsində SOCAR “Masdar” şirkəti ilə daha 3 bərpaolunan enerji layihəsi ilə bağlım sazişlər imzalayıb: “Növbədə daha 3 layihəmiz olacaq. Gördüyümüz işin mahiyyətini anlayırıq və cəmiyyətə faydanı verməkdə maraqlıyıq”.
Bu sazişlər Azərbaycanda bir külək və iki günəş elektrik stansiyaların inşasını əhatə edir. Bunlardan birincisi Biləsuvada 445 MVt günəş elektrik enerjisi layihəsi, ikincisi Nefçalada 315 MVt gücündə digər günəş enejisi layihəsidir, üçüncüsü isə 240 MVt gücündə olan Abşeron-Qaradağ külək elektrik enerjisi layihəsidir. Layihələrin icrası nəticəsində illik təxmini 2,3 milyard kVt/saat elektrik enerjisinə qənaət olunacaq ki, bunun da nəticəsində təxminən illik 1 milyon ton karbon emissiyasının atılmasının qarşısı alınacaq.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
38 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 41 d. əvvəl
-
50 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
53 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir



















.jpg)



