Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“PAŞA Kapital” ötən ilin nəticələri və 2023-2025-ci illərin strateji inkişaf planına dair mətbuat konfransı keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Kapital” ötən ilin nəticələri və 2023-2025-ci illərin strateji inkişaf planına dair mətbuat konfransı keçirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

11 iyun 2024-cü il tarixində, PAŞA Kapital İnvestisiya Şirkəti İdarə Heyətinin Sədri Ceyhun Hacıyev, İdarə Heyətinin Sədrinin müavini Rauf Qurbanovun iştirakı ilə 2023-cü ilin və cari ilin 1-ci rübü üzrə maliyyə göstəricilərinə, həmçinin şirkətin 2023-2025-ci illər üzrə strateji hədəf və planlarına həsr olunmuş mətbuat konfransı keçirilib. 

Kapital bazarlarının cari vəziyyəti, gələcək perspektivləri, hüquqi və fiziki şəxslər üçün bu gün böyüməkdə olan bazarın imkanlarının da ətraflı müzakirə olunduğu konfransda PAŞA Kapitalın yerli və beynəlxalq bazardakı fəaliyyəti, əldə etdiyi maliyyə uğurları və gələcək hədəfləriilə bağlı geniş ictimaiyyətə ətraflı məlumat verilib. 

Azərbaycanın kapital bazarında 12 ildən çox fəaliyyət göstərən “PAŞA Kapital” cari ilin birinci rübünə əsasənbazarın 50%-nə sahibdir. Hesabatda bazar payının yatırım alətləri üzrə bölgüsü isə aşağıdakı kimidir.

• Dövlət qiymətli kağızlar bazarında son 2 il ərzində bazar payı artaraq 56% təşkil edib. Cari ilin birincirübündə isə bu göstərici 59%-dir. 

• Korporativ qiymətli kağızlar bazarında da şirkət mövqeyini möhləndirərək cari ilin birinci rübündə 24% bazar payına malik olub. 

• REPO bazarında isə şirkətin bazardakı payı 2022-ci ildə 38% və 2023-cü ildə 39%, 2024-cü ilin birinci rübündə isə 48% təşkil edib.

Daha bir diqqət çəkən uğurlu göstərici isə “PAŞA Kapital”ın ümumi portfel həcminin 2023-cü ilə nisbətən 167% artaraq 70 milyon AZN təşkil etməsi oldu. Bununla yanaşı, şirkətin 2021-ci ildən etibarən kapitalının artım dinamikasında 70%-dən çox, xalis gəlirin artım dinamikasında isə 40%-dən çox artım müşahidə olunur.

Bakı Fond Birjasında aylıq dövriyyəyə görə liderliyini qoruyan “PAŞA Kapital”, həmçinin cəmi aktivlərində dəötən ilin ümumi göstəricilərinə nisbətən cari ilin birinci rübündə kəskin artıma nail olub. Belə ki, 2023-cü ildə 66 milyon AZN olan bu göstərici, 2024-cü ilin birinci rübündə 70%-dən çox artaraq, 114 milyon AZN təşkil edib. Həmçinin xatırlatmaq istərdik ki, 2023-cü ildə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC tarixi rekordunu yenilədi və şirkətin birja üzərindəki dövriyyəsinin həcmi 20 milyon AZN-dən çox təşkil etmişdi.

2023-cü il ərzində şirkətin xarici bazarlarda dövriyyəsi ümumilikdə təxminən 3,5 milyard AZN təşkil edib. 2024-cü ilin ilk rübünün nəticələrinə əsasən isə bu rəqəm 780 milyon AZN-ə yaxındır. “PAŞA Kapital”, həmçinin ilinsonuna qədər beynəlxalq bazarlardakı ticarət dövriyyəsini5 milyard AZN-ə qədər yüksəltməyi hədəflədiyini vurğulayıb.

Təqdim olunan göstəricilər “PAŞA Kapital”ın innovativmaliyyə həllərinə fokuslanan uğurlu strategiyasının nəticəsi və Azərbaycanın kapital bazarına olan töhfəsininən bariz nümunəsidir. Şirkət investorları yatırım sahəsinəhazırlayır, onlara çoxşaxəli maliyyə həllərini etibarlı şəkildə təqdim edir. 

Xatırladaq ki, ölkənin lider investisiya şirkəti fəaliyyətiərzində müxtəlif beynəlxalq mükafatlara layiq görülüb. Belə ki, “PAŞA Kapital” “Cbonds Awards CIS 2019” tərəfindən “Ölkənin Ən Yaxşı İnvestisiya Şirkəti”, 2021-ci ildə “International Finance” dərgisi tərəfindən“Azərbaycanın Ən Sürətli İnkişaf Edən Broker Şirkəti”, 2023-cü ildə “İlin Ən Yaxşı Sabit Gəlirli İstiqrazları” kiminüfuzlu mükafatlarla təltif olunub.

11.06.2024 10:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ