Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Şirkətimi sənaye liderləri ilə rəqabət apara biləcək qlobal bir səyahət portalına çevirmək niyyətindəyəm” – “EY İlin İş Adamı 2024”ün qalibi Ramil Rzayev

"Bir il əvvəl 4-5 nəfərlik bir ailənin Avropaya səyahət paketini hazırlamaq üçün günlərlə vaxt tələb olunurdusa, hazırda saytımızın funksionallığı bunu bir neçə dəqiqə ərzində etməyə imkan verir. Dəqiqələr içində müştərinin tələblərinə uyğun olaraq, onun hansı şəhər və hoteldə qalacağını və hansı ekskursiyalardan yararlanacağını müəyyənləşdirib uyğun tur paketi təqdim edə bilirik"
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Şirkətimi sənaye liderləri ilə rəqabət apara biləcək qlobal bir səyahət portalına çevirmək niyyətindəyəm” – “EY İlin İş Adamı 2024”ün qalibi Ramil Rzayev
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Monakoda ötən şənbə günü dünya üzrə “EY İlin İş Adamı 2024” mükafatının qalibi elan edildi. Dünyanın ən yenilikçi və mötəbər iş adamlarını bir araya gətirən müsabiqədə Hindistanlı biznesmen Vellayan Subbiah qələbə qazandı. Ölkəmizi isə bu dəfə “EY İlin İş Adamı 2024” müsabiqəsinin Azərbaycandakı qalibi “Baku Holiday Travel” (BHT) şirkətinin rəhbəri Ramil Rzayev təmsil etdi. Ramil bəylə Monako ilə bağlı təəssüratları, təsis etdiyi şirkət və gələcək planları haqda söhbət etdik.

"Monakoya səfərim olduqca səmərəli və maraqlı keçdi. Dünyanın müxtəlif bölgələrindən 30-dan çox sahibkarla tanış oldum, bir neçəsi ilə ətraflı söhbət etdim, onların uğur hekayələrini öyrəndim. Bəziləri məni qonaq çağırdılar.  Bu ünsiyyət məni düşünməyə vadar etdi və hətta deyərdim ki, mənə güclü bir motivasiya verdi. İdarə etdiyim biznes haqqında kifayət qədər düşündüm və artıq bir necə səhvimi dərk etdim. Maraqlı və mütərəqqi insanlarla təmasda olmaq hər zaman faydalıdır. Nikbinlik hissi ilə qayıtmışam və növbəti addımlar və şirkətimin gələcək inkişafı haqqında düşünürəm".     

- Bu inkişafı necə görürsünüz? 

- Əslində mən çox pozitiv düşünürəm və gələcəyimizə inanıram. Çünki hazırda saytımızın funksionallıq baxımından alternativi yoxdur. Bu, mənə biznesin uğurlu olacağına kifayət qədər əminlik verir. Şirkətimizin məqsədi Azərbaycanın turizm potensialını və ölkəmizin dünyanın hər yerindən gələn səyahətçilərə təklif etdiyi unikal səyahət imkanlarını tanıdan canlı məlumat mənbəyinə çevrilməkdir. 

- Saytınızda olan funksionallıqla bazara hansı unikal dəyər qatırsınız?

- BHT müştərilərinə bütün turizm xidmətlərini onlayn qaydada göstərərək dünyanın müxtəlif ölkələrinə səyahət imkanı təklif edir. Şirkətimiz IATA akkreditasiyasına malik, qabaqcıl aviaşirkətlər və hotellərlə əməkdaşlığı olan turizm agentliyidir. Əsas hədəfimiz müştərilərimizin turizm təcrübəsini yaddaqalan və keyfiyyətli etməkdir. Turizm sahəsində sertifikatlı və dünyanın bir çox ölkələrini tanıyan peşəkar komandamız səyahət zamanı müştərilərimizin bütün suallarını operativ şəkildə cavablandırır.

Aviabilet, hotel rezervasiyası, transfer, ekskursiya və s. xidmətləri ilə “hər şey daxil” tur paketlərimiz müştərilərin səyahət zamanı bütün ehtiyaclarını qarşılayacaq formada tərtib olunur. Xidmətin unikallığını qısaca belə təsvir edə bilərəm. Bir il əvvəl 4-5 nəfərlik bir ailənin Avropaya səyahət paketini hazırlamaq üçün günlərlə vaxt tələb olunurdusa, hazırda saytımızın funksionallığı bunu bir neçə dəqiqə ərzində etməyə imkan verir. Dəqiqələr içində müştərinin tələblərinə uyğun olaraq, onun hansı şəhər və hoteldə qalacağını və hansı ekskursiyalardan yararlanacağını müəyyənləşdirib uyğun tur paketi təqdim edə bilirik. Əvvəllər bizim bir peşəkar menecerimiz bu prosesə 2-3 gün sərf edirdi.

- Konkret bir misal gətirə bilərsinizmi?

- Əlbəttə, sadə bir nümunə gətirim. Təsəvvür edin ki, siz deyirsiniz, “ailəmlə Romaya, Romadan Florensiyaya, Florensiyadan Milana, Milandan Amsterdama və Amsterdamdan Parisə getmək istəyirəm”. Parisdən sonra  fikrinizi dəyişirsiniz və deyirsiniz, “istəyirəm Londona gedim, Londondan dönəndə üç gün İstanbulda qalım, oradan da Bakıya qayıdım”. Bu, ümumi 15 günlük səyahət deməkdir. Sizə bu səyahət paketinin qiymətini qısa müddətdə öyrənmək lazımdır. Əvvəllər bizim menecer bu şəhərlərin hər birində olan tərəfdaşımızla əlaqə saxlayırdı. Hotel və transfer tərəfdaşları bəzən fərqli olurdu. Hər birindən ətraflı məlumat toplayıb, qiymət təklifi alanadək iki günü keçirdi – müştəri isə deyə bilərdi ki, “mən bu qiymətlə razılaşmıram, tur paketini almıram”. Nəticədə, bir menecer iki gününü itirirdi, amma tur paket alınmırdı. On tur paketdən təxminən biri alınırdı. Nəticə etibarilə biz 20 gündən çox vaxt itirirdik, sorğuları çatdıra bilmirdik, satış isə demək olar ki, yox idi. Məsələni necə həll edəcəyimizi, sorğuları qısa müddətdə necə cavablandıra biləcəyimizi düşünüb həll yolu tapdıq.

- Siz bu həll yolunu necə tapa bildiniz?

- Saytımızda xüsusi funksionallıq yaratdıq. Turist getmək istədiyi şəhərləri seçir, hər şəhərdə neçə gecə qalacağını və neçə nəfərlə gedəcəyini qeyd edir, sistem avtomatik axtarışla müştəriyə qiyməti təqdim edir. Siz gedəcəyiniz şəhər və qalacağınız hoteli bilirsinizsə, maksimum 10 dəqiqə ərzində Avropanın 10 şəhərini əhatə edəcək səyahət proqramını hazırlaya bilərsiniz. Beləliklə, özünüz öz səyahətinizi çox qısa zamanda planlaşdırırsınız. Saytımızdakı qiymətlərin münasib olmasının səbəbi isə onun dünyanın 40-dan çox beynəlxalq turizm saytına inteqrasiya olunması ilə əlaqədardır. Saytımız müştərinin əvəzinə, həmin 40 sayta daxil olur, qiymətləri sorğu edir, ən ucuz qiyməti seçərək təklif hazırlayır. 

Hər hansı bir azərbaycanlı istehlakçı çox güman ki, milli məhsuldan istifadə etmək istəyərdi. Amma daha geniş dünyagörüşünə malik insanlar özlərinə belə sual verə bilər: əgər mən booking.com və ya trivago.com-dan istifadə edirəmsə, niyə onu başqa şirkətlə əvəz etməliyəm? Sizin təklif etdiyiniz xidmətin bazar üçün əlavə dəyəri nədən ibarətdir? Niyə müştərilər məhz sizi seçməlidirlər?

Bizim digər qlobal sistemlərlə müqayisədə üstünlüyümüz ondan ibarətdir ki, saytımızda bir neçə şəhəri əhatə edən səyahət turu yaratmaq funksionalı var. Digər sistemlər turizm saytlarına inteqrasiya olmadığından müştərinin seçimi məhdud olur. Bizim saytda isə bütün məlumatlar bir sənəd şəklində toplanır. Bundan əlavə, bizdə qiymətlər bəzən 40%-dək endirimli olur.

- Bu, kifayət qədər yaxşı rəqəmdir. Siz buna necə nail ola bilirsiniz?

- Biz saytımızı daha çox süni intellekt üzərində qurmuşuq. Rəqəmsal həllər sayəsində müasir sistem yaratmışıq. Yəni ənənəvi turizm xidmətlərini müasir texnologiya və süni intellektlə inteqrasiya etmişik.

- Bir istehlakçı kimi, sizin xidmətinizdən yararlanmaq üçün mən mütləq Azərbaycanda məskunlaşmalıyam?

- Xeyr. Sizə bir misal çəkim. Bizim ABŞ-dən bir turistimiz var. O, daima bizim saytdan Avropaya səyahət turu alır. Özü də deyir ki, ABŞ-də belə funksionallıqda bir sayt yoxdur. Ona görə şirkət olaraq, beynəlxalq müstəviyə çıxmaq, Azərbaycanı xarici turistlər üçün cəlbedici məkana çevirmək üçün səylə çalışırıq.

- Sizcə, Azərbaycan şirkəti booking.com kimi qlobal brendə çevrilə bilərmi? Bunun üçün nə etmək lazımdır?

- Biz bunu növbəti 4 ildə görə bilərik. Artıq dünyaca məşhur turizm şirkətləri bizimlə əməkdaşlıqda maraqlıdırlar. Beynəlxalq bazara daxil ola bilərik. Komandamızın peşəkarlığı da buna imkan verir. Biz dünyanın turizm sektorunda artıq tanınan şirkətlərdənik.

- İşinizdə sizə ilham və güc verən amillər nədir?

- Fərqli idarəetmə tərzini rəhbər tutub sənayedə yaranan tendensiyaları daim izləyir, yeni texnologiyalar və innovativ strategiyaları işimizdə tətbiq edirik. Mənim üçün işə effektiv və strateji yanaşma önəmlidir. İstəyərdim, ölkəmizdə elə şirkət, elə brend yaradaq ki, onu dünyada tanıda bilək. Gördüyüm işlərin nəticəsi olduqda, bu, məni növbəti layihələrə motivasiya edir. Dünya səviyyəli şirkət yaratmaq hədəfi – mənə ilham verən məhz budur!

- Ramil bəy, sahibkar kimi əsas missiyanız nədir? 

- Şirkətimizin məqsədi Azərbaycanın turizm potensialını və ölkəmizin dünyanın hər yerindən gələn səyahətçilərə təklif etdiyi unikal səyahət imkanlarını tanıdan canlı məlumat mənbəyinə çevrilməkdir. BHT-nı sənaye liderləri ilə rəqabət apara biləcək qlobal bir səyahət portalına çevirmək niyyətindəyəm.  

- Müsahibəyə görə, təşəkkür edirik.

Ramil Rzayev EY İlin İş Adamı 2024 BHT turizm xidmətlər aviabilet hotel rezervasiyası transfer ekskursiya
11.06.2024 17:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ