Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Meqa Sığorta” kiber riskləri də sığortalayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Meqa Sığorta” kiber riskləri də sığortalayır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Azərbaycan Respublikası Mərkəzi Bankı “Meqa Sığorta” ASC-nin “Kiber risklərin sığortası” Qaydalarını təsdiq edib və bununla da şirkət Azərbaycanda Kiber risklərdən sığorta təminatı verməyə icazə almış ilk sığorta şirkəti olub.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, “Kiber Sığorta” layihəsi şirkətin uzun müddətdir ki, üzərində çalışdığı, təkrarsığorta partnyorları ilə razılaşdırdığı və korporativ müştərilərinə təqdim edəcəyi yeni sığorta məhsuludur.

Kiber sığorta təminatı müəssisə və təşkilatları informasiya təhlükəsizliyi risklərindən qorumaq üçün mühüm bir vasitədir. Rəqəmsal təhlükələrin daha çox yayıldığı müasir dünyada bu sığorta növü haker hücumları, məlumatların itirilməsi, məxfi məlumatların sızması və digər kibertəhlükələrlə bağlı itkilərin qarşısını almağa kömək edir.

Kiber sığorta məhsulunun qiyməti şirkətin dövriyyəsi, əməkdaş sayı, fəaliyyət göstərdiyi sahə, mövcud olan informasiya və kibertəhlükəsizlik səviyyəsi və digər amillərdən asılı olaraq dəyişir.

Məhsul haqqında daha ətraflı məlumat almaq və onlayn müraciət üçün https://meqasigorta.az/apply linkinə keçid edə bilərsiniz.

Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 35 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu “Meqa Həyat Sığorta” ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət sığorta yığımlarının, sığorta ödənişlərinin və məcmu kapitalının həcminə görə sığorta bazarının lider şirkətlərindən biridir.

MeqaSığorta Kiber risklər sığorta şirkət
21.06.2024 19:21

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ

Ən çox oxunanlar