“Gənc Qan Donorlarının IV Ümumrespublika Forumu” baş tutub
![“Gənc Qan Donorlarının IV Ümumrespublika Forumu” baş tutub](/storage/thumbnail/cover/cdn/2024/iyun/14/QDF 1000x1000 (1).jpg)
(®) 14 İyun - Ümumdünya Qan Donoru Günü ərəfəsində “Gənc Qan Donorlarının IV Ümumrespublika Forumu” keçirilib. Forum Qırmızı Ürəklər Fondu, Qan Donorları Assosiasiyası, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Mərkəzi Qan Bankı və “Fairmont Baku” otelinin birgə tərəfdaşlığı ilə baş tutub.
Forumun məqsədi qan donorluğunun inkişafına dəstək olmaq, könüllü qanvermənin əhəmiyyəti barədə insanların məlumatlandırılmasını təşviq etmək və irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların sağlamlığının bərpası istiqamətində cəmiyyətin maarifləndirilməsi idi.
Forumu çıxış sözü ilə açan Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov bu xüsusi günün yüksək səviyyədə qeyd olunmasının əhəmiyyətindən danışıb. “Bu gün xüsusən bölgələrimizdə qan donorluğunun təbliğinə ehtiyac var. Doğrudur, bu isiqamətdə bir çox təbliğat xarakterli işlər görülür, amma bu işlərin miqyasını genişləndirmək olduqca vacibdir. Düşünürəm ki, bizim bugünkü forumda irəli sürülən təşəbbüslər yaxın gələcəkdə daha gözəl nəticələrin əldə olunmasına kömək edəcək”.
Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov isə fondun könüllük istiqamətində gördüyü işlərdən və bu sahədə bütün qurumların birlikdə fəaliyyətinin önəmindən danışıb. “Biz fond olaraq korporativ sosial məsuliyyətimizi dərk edir və vaxtaşırı bu istiqamətdə bir çox layihələr həyata keçiririk. Eyni zamanda bu mövzuda burada iştirak edən bütün aidiyyatı qurumlar ayrı-ayrılıqda maraqlı təbliğat işləri görürlər. Bu təcrübələri bölüşmək və birləşdirmək cəmiyyətimiz üçün qan donorluğunun daha da artması istiqamətində böyük və faydalı nəticələrə gətirib çıxaracaq. Forumun əsas məqsədi və bu görüşdən gözləntimiz də elə budur”.
Forumun davamı olaraq tədbirdə iştirak edən 25 gənc “Gənc qan donorlarının ictimai müzakirə platforması” layihəsi çərçivəsində təşkil olunan 3 günlük təlimlərdə iştirak edəcəklər. Daha sonra onlar yaşadıqları regionlarda gənclər arasında “könüllü donorluq şəbəkəsi”nin qurulmasına cəlb olunacaqlar.
Tərəfdaşların rəsmi nümayəndələrinin, millət vəkillərinin və cəmiyyətin ziyalı şəxslərinin iştirak etdiyi tədbirin təşkilatçılığında fəal iştirakına və verdiyi dəstəyə görə Kapital Bank da Məkrəzi Qan Bankı və Qan Donorları Assosiasiyası tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.
Qeyd edək ki, “Red Hearts” - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planlar və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
16 d. əvvəl
Yerli və xarici brend markalı içkilərin saxtasının istehsal olunduğu sex müəyyən edilib
- 26 d. əvvəl
-
- 31 d. əvvəl
- 36 d. əvvəl
- 40 d. əvvəl
-
58 d. əvvəl
Vergitutma bazasının aşınması ilə bağlı Çoxtərəfli Konvensiya təsdiqlənib
- 58 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda qara və əlvan metalların ixracına görə gömrük rüsumları artırılacaq
-
1 saat əvvəl
İZİA-nın Peşə Təhsil Mərkəzində ilk dəfə olaraq “Məzun günü” keçirilib
-
1 saat əvvəl
Bibiheybətdən Lökbatan dairəsinə qədər təmir işlərinə başlanıldı - MƏHDUDLAŞMA
-
1 saat əvvəl
Xalq Bank və "Baku City Residence" xüsusi kobrend Visa kartını təqdim ediblər
![AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur](/storage/thumbnail/thumbnail/cdn/2024/may/03/Azerbaycanda_vakansiyalar.png)
AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur
![Yerli və xarici brend markalı içkilərin saxtasının istehsal olunduğu sex müəyyən edilib](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/21/IMG_6310.jpeg)
Yerli və xarici brend markalı içkilərin saxtasının istehsal olunduğu sex müəyyən edilib
![Dolların sabaha olan rəsmi məzənnəsi](/storage/thumbnail/thumbnail/cdn/2024/Yanvar/22/zencir_dollar.jpg)
Dolların sabaha olan rəsmi məzənnəsi
![“GL” ASC-nin istiqrazlarına 7 investordan 7 sifariş](/storage/thumbnail/thumbnail/cdn/2024/fevral/22/sizinlombard.jpg)
“GL” ASC-nin istiqrazlarına 7 investordan 7 sifariş
![Bank of Baku-da daha bir təyinat](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/24/Fərdi-Həsənli.jpg)
Bank of Baku-da daha bir təyinat
Ən çox oxunanlar
!["Azərbaycanda ötən il meyarı böyüyən şirkətlərin sayı 5 mini ötüb"](/storage/thumbnail/thumbnail/cdn/2023/yanvar/19/orxan_memmedov.jpg)
"Azərbaycanda ötən il meyarı böyüyən şirkətlərin sayı 5 mini ötüb"
![Honda 2025-ci ildə mopedlərin istehsalını dayandıracaq](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/24/honda.jpg)
Honda 2025-ci ildə mopedlərin istehsalını dayandıracaq
![“Azfarel” şirkəti daxil 10 milyonluq əmlakı üzərindən həbs götürüldü](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/24/alimpasa.jpg)
“Azfarel” şirkəti daxil 10 milyonluq əmlakı üzərindən həbs götürüldü
![Sabah Bakıda 35, rayonlarda 25 dərəcə isti olacaq](/storage/thumbnail/thumbnail/cdn/2023/iyul/12/hava_isti.jpg)
Sabah Bakıda 35, rayonlarda 25 dərəcə isti olacaq
![Birbank Biznes-də SİF kreditindən yararlanma imkanı](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/24/sif-kredit.jpg)
Birbank Biznes-də SİF kreditindən yararlanma imkanı
!["Getir" 2 şirkətə bölünəcək](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/24/getir.jpg)