"Cənub Qaz Dəhlizi Macarıstan üçün qaz mənbəyinə çevrilə bilər"
Azərbaycanın təbii qaz hasilatı potensialı, inşa edilən və genişləndirilməsi gözlənilən Cənub Qaz Dəhlizi Macarıstan üçün qaz mənbəyinə çevrilə bilər.
Bunu müsahibəsində Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma deyib.
O bildirib ki, diversifikasiya Macarıstanın enerji strategiyasının təməl daşıdır
Macarıstanın təbii qaz idxalının təqribən 80-85%-i Rusiyadan, digər hissəsi isə "Türk axını" və "Balkan axını" ilə Türkiyədən gəlir. Diversifikasiya Macarıstanın enerji strategiyasının təməl daşıdır, ona görə də biz "Qazprom"u etibarlı müqavilə tərəfdaşı kimi görsək və Rusiya enerji mənbələrinin gələcəkdə enerji mənbəyi olmağa davam edəcəyini gözləsək də, Macarıstan mümkün qədər çox mənbələr tapmağa və qaz alışını şaxələndirməyə çalışır".
Diplomat diqqətə çatdırıb ki, 2023-cü ildə MVM ilə SOCAR arasında əldə edilmiş razılaşmaya əsasən, Macarıstanda 50 milyon kubmetrlik qaz anbarı üçün müqavilədən əlavə Azərbaycandan Macarıstana fiziki qaz axınına başlanılıb:
"Müqavilə birinci tranşla 100 milyon kubmetr qazın alınmasını nəzərdə tuturdu, lakin bu müqavilə gələcəkdə Azərbaycandan daha böyük həcmdə qazın tədarük edilməsinə imkan yaradıb".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 gün sonra
"İrşad"ın Yaşıl cümə kampaniyası real endirimlər təklif edir - 3 gün 70%-dək endirim olacaq!
- 19 saat əvvəl
-
20 saat əvvəl
Naxçıvan Muxtar Respublikasında Hemodializ Mərkəzi yaradılıb
- 21 saat əvvəl
-
21 saat əvvəl
“Azercell" "Turist” tarif paketləri və nömrələri üzrə istifadə müddətini artırır
-
21 saat əvvəl
Qətər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə maraq göstərir
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
ADY və Bakı Şəhər İcra Hakimiyyəti dəmir yollarının təhkim zolaqlarını tullantılardan təmizləyib
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Bank of Baku” qanvermə aksiyası keçirdi: “Qanında həyat var!” - FOTOLAR
-
1 gün əvvəl
Bakı Fond Birjası 7 aylıq əməliyyatların həcmini açıqladı - 2,3 DƏFƏ ARTIB