Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda sığortalanmış əkinlərin sahəsi 1,5 dəfə, fermerlərə sığorta ödənişləri 2 dəfədən çox artıb

Son 1 ildə Azərbaycanda sığortalanan əkinlərin sahəsi 1,5 dəfə, fermer və təsərrüfatlara ödənilən sığorta ödənişləri 2 dəfədən çox artıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda sığortalanmış əkinlərin sahəsi 1,5 dəfə, fermerlərə sığorta ödənişləri 2 dəfədən çox artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbayanda aqrar sahənin - əkin sahələrinin və heyvandarlıq təsərrüfatlarının dövlət sığortası ilə məşğul olan Aqrar Sığorta Fondu 2024-cü ilin yanvar-may aylarının nəticələrini açıqlayıb.

Fonddan Marja-ya verilən məlumata görə, 2024-cü ilin yanvar-may aylarında sığorta hadisələrindən zərər çəkmiş fermer və təsərrüfatlara ümumilikdə 2 milyon 572 min manat sığorta ödənişi edilib.

Sığorta ödənişlərindən 2 milyon 21 min manat əkin sahələri, 551 min manatı isə heyvandarlıq təsərrüfatları üzrə həyata keçirilib.

2023-cü ilin eyni dövrü ilə müqayisədə fermerlərə sığorta ödənişləri 2,3 dəfə artıb.

O cümlədən əkin sahələri üzrə ödənişlər 2,7 dəfə, heyvandarlıq təsərrfatları üzrə ödənişlər isə 1,5 dəfə artıb.

Xatırladaq ki, 2023-cü ilin yanvar-may aylarında bitkiçilik üzrə 741 min manat, heyvandarlıq təsərrüfatları üzrə isə 361 min manat sığorta ödənişləri edilmişdi. 

2024-cü ilin ilk 5 ayı ərzində sığortalanan əkinlərin sahəsi 364 min hektara çatıb. Bu sahələrin sığrtalanması üçün ödənilən sığorta haqqı 8 milyon 750 min manat təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə sığortalanan əkin sahələri 50% artıb, xatırladaq ki, 2023-cü ilin yanvar-may aylarında 239 min hektar əkin sahəsi sığorta edilmişdi.

İlk 5 ayın nəticələrinə görə, ən çox sığortalanan əkinlər fındıq, çay, tütün, buğda, arpa, pambıq və qarğıdalı olub.

Qeyd edək ki, Aqrar Sığrta Fondu ümumilikdə 48 növ bitki məhsulun sığorta edir, buraya taxıl, meyvə bağları, tarla bitkiləri, texniki bitkilər və tərəvəz məhsulları aiddir. Sözügedən dövrdə bu məhsulların əksəriyyəti üzrə sığorta müqaviləəri bağlanılıb.

2024-cü ilin yanvar-may aylarında Aqrar Sığorta Fondu tərəfindən 1100 baş kənd təsərrüfatı heyvanı sığorta edilib. Bu müqavilələr üzrə ümumilikdə 659 min manat sığorta haqqı toplanılıb və fermerlərə 6 milyon 74 min manatlıq sığorta təminatı verilib.

Ümumilikdə 2024-cü ilin yanvar-may ayları üzrə aqrar sığorta üzrə 9 milyon 407 min manat sığorta haqqı toplanıb.

dövlət sığortası əkin sahələri heyvandarlıq sığorta hadisələri sığorta ödənişləri
05.07.2024 17:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ