"Kapital Bank" istiqrazlarının "PAŞA Kapital" vasitəsilə uğurlu yerləşdirilməsi həyata keçirildi
(®) 28 iyun 2024-cü il tarixində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin anderrayteri olduğu “Kapital Bank” ASC-nin istiqrazları abunə yazılışı üsulu ilə birjaya yerləşdirilib. İstiqrazların buraxılış həcmi 30 milyon ABŞ dollarıdır.
Sənədsiz, adlı, faizli və təmin edilməmiş istiqrazlar premium bazar seqmentində listinqə daxil edilib. Bu istiqrazlar subordinasiya borcu kimi, 7 illik tədavül müddətilə buraxılır. İstiqrazların ödəmə periodu 360 gün əsasında hər 90 təqvim gününün başa çatmasından sonra növbəti 3 iş günündən gec olmayaraq təyin edilib.
“Bakı Fond Birjası” QSC-nin ticarət platformasında həyata keçirilmiş və 8 iyul 2024-cü il tarixində yekunlaşmış abunə yazılışında hərrac zamanı 4 hüquqi və 33 fiziki şəxs olmaqla, ümumilikdə 37 investor tərəfindən sifarişlər yerləşdirilmişdir. Yerləşdirmə prosesində bir istiqrazın qiyməti 100 ABŞ dolları olaraq təyin edilib və ümumilikdə 30 milyon ABŞ dolları məbləğində sifariş təqdim olunub.
Hüquqi şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi 11,613,000 dollar (39%), fiziki şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi isə 18,837,000 dollar (61%) təşkil etmişdir. Gəlirliliyi 7% olan bu qiymətli kağızların hər birinin nominal dəyəri 100 ABŞ dollarıdır. 37 investor tərəfindən 30 milyon ABŞ dolları dəyərində reallaşdırılmış istiqrazlar üzrə ödəmə 8 iyul 2031-ci ildə həyata keçiriləcək.
Dollarda rəqabətli gəlirlilik təklif edən “Kapital Bank” istiqrazlarını əldə etmək istəyən investorlar “PAŞA Kapital” şirkətinin https://www.pashacapital.az/ rəsmi saytı və ya 1548 nömrəsi ilə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 11 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti


















.jpg)


.jpg)




