"Yükdaşımada istifadə olunan avtomobillərin əksəriyyəti köhnədir"
Logistika sektoru Azərbaycan iqtisadiyyatı üçün çox vacibdir, amma ölkədə yükdaşımada istifadə olunan avtomobillərin əksəriyyəti köhnədir.
Bunu yerli şirkətlərdən birinin direktoru Sona Osmanova Bakıda keçirilən “CEO MeetUp Logistics&Trade” adlı, logistika və ticarətin aktual məsələlərinə həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, bu, qəzaların baş verməsinə, daşımaların ləngiməsinə səbəb olur.
"Bundan başqa, şəffaf tarif sistemi olmadığı üçün yükdaşıma ilə məşğul olan şirkətlər xidmətlərini ikiqat qiymətə həyata keçirirlər. Logistika sahəsində yüklərin izlənməsi sistemi çox vacibdir. Amma bu sistemdə də nöqsanlar var. Belə ki, yükdaşıma ilə məşğul olan əksər avtomobillərin GPS sistemi yoxdur. Bu isə bəzi yüklərin itməsinə gətirib-çıxarır", - deyə S.Osmanova qeyd edib.
İş adamı həmçinin deyib i, nəqliyyat sistemində əməliyyatların əksəriyyəti nağd yolla həyata keçirilir: "Bu, vergidən yayınmaya, işçilərin hüquqlarının pozulmasına səbəb olur. Ucqar bölgələrdə logistik mərkəzlər, anbarlar və digər logistik obyektlər kifayət qədər çox deyil. Bu isə keyfiyyətli logistika xidmətlərinin göstərilməsinə maneə yaradır".
S.Osmanova köhnə nəqliyyat vasitələrinin yenilənməsi üçün dövlətin təşfiq proqramlarna və ya investisyalara ehtiyac olduğunu vurğulayıb: "Üstəlik, ədalətli və şəffaf tarif sistemi lazımdır. Müasir izləmə sistemləri də tətbiq olunmalıdır".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
18 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















.jpg)


