"Domino's Pizza"nın səhmləri kəskin ucuzlaşıb
"Domino's Pizza Enterprises" səhmlərinin qiymətində əhəmiyyətli ucuzlaşma baş verib.
Marja xəbər verir ki, Şirkətin səhmləri 2015-ci ilin fevralından bəri görünməmiş minimum səviyyəyə geriləyib. "Domino's Pizza Enterprises" səhmləri 9,6% ucuzlaşaraq 32,62 Avstraliya dollarına düşüb. Kəskin ucuzlaşma, "Domino's"un Yaponiya və Fransada zəif fəaliyyət göstərən bir neçə restoranını bağlayacağını elan etdikdən və analitiklərin qazanc proqnozlarını aşağı salmasından sonra baş verib.
Bir çox ölkədə fəaliyyət göstərən pizza şəbəkəsi, gəlirliliyini artırmaq strategiyasının bir hissəsi olaraq Yaponiyada təxminən 80, Fransada isə 10-20 restoranını bağlayacaq.
Analitiklər bunun qısa müddətdə qazanc proqnozlarına mənfi təsir göstərəcəyini bildiriblər. "Domino's Pizza"nın Yaponiyada aqressiv genişlənməsi, 2020-ci maliyyə ili ilə 2023-cü il arasında 400-dən çox yeni restoran açması, hələ gəlir də gətirməyən bir sıra restoranların yaranmasına səbəb olub. UBS analitikləri qeyd ediblər ki, Yaponiya bazarında zərər ilə işləyən bir çox restoranın gəlirliliyə çıxması üçün uzun yolu var. Fransadakı bağlanmalar isə "Domino's Pizza"nın həmin bazarda üzləşdiyi çətinliklərə işarə edir.
Domino's nikbindir. Belə ki, Şirkət restoran satışlarının 2025-ci maliyyə ilinə qədər Yaponiyada müsbətə doğru dəyişəcəyini və 2026-cı maliyyə ilində 3%-4% gəlir olacağını proqnozlaşdırır. Bununla belə, şirkət 2024-cü ildən 2026-cı ilə qədər planlaşdırılan restoran açılışlarının sayının azaldılması səbəbindən 2033-cü ilə qədər şəbəkəsini genişləndirmək üzrə əvvəlki hədəfinə nail olmayacağını etiraf edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























