Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Elon Musk: Biz CrowdStrike-ı sistemimizdən sildik

iç səhifə xəbər başlığı altı (mobil)_31
Elon Musk: Biz CrowdStrike-ı sistemimizdən sildik
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Tesla, SpaceX və X kimi şirkətlərin sahibi olan milyarder İlon Mask qlobal proqram problemindən sonra CrowdStrike-ı sistemlərindən sildiklərini bildirib.

Mrja xəbər verir ki, Musk X hesabındakı paylaşımında, "CrowdStrike-ı bütün sistemlərimizdən sildik", - yazıb.

Reklam_2_11

Başqa bir paylaşımda o, yazıb: "Təəssüf ki, təchizatçılarımızın və logistika şirkətlərimizin əksəriyyəti bundan istifadə edir".

Digər tərəfdən, ABŞ mətbuatında çıxan xəbərlərdə Teslanın qlobal proqram problemi səbəbiylə Texas və Nevada ştatlarında bəzi istehsal xətlərini dayandırdığı bildirilib.

Microsoft-a kibertəhlükəsizlik xidmətləri göstərən CrowdStrike-ın sistemlərində yaranan nasazlıq Microsoft-ın proqram təminatlarına, bu da dünyanın bir çox yerlərində bizneslərə mənfi təsir göstərib.

CrowdStrike haqqında

ABŞ-da yerləşən kibertəhlükəsizlik şirkəti CrowdStrike zərərli proqramları aşkar etmək üçün müxtəlif məhsullar təklif edir. Şirkət təklif etdiyi məhsullarla internetdə şirkətləri qorumaq və məlumat pozuntularını və kiber hücumları dayandırmağı hədəfləyir.

Korporativ sistemlər üçün istifadə edilən məhsullar arasında CrowdStrike Security Cloud tərəfindən dəstəklənən CrowdStrike Falcon platforması seçilir. CrowdStrike Falcon potensial kibertəhlükəsizlik təhdidlərinə qarşı "real vaxt rejimində hücum göstəriciləri, yüksək dəqiqlikli aşkarlama və avtomatik müdafiəni təmin edən platforma" kimi qəbul edilir.

CrowdStrike Falcon dünya üzrə minlərlə şirkət tərəfindən məlumatların qorunması üçün istifadə edilir. Bgünkü qlobal nasazlığın şirkətin serverlərində Microsoft məhsullarına təsir edən problem nəticəsində meydana gəldiyi bildirilir. Microsoft-a kibertəhlükəsizlik xidmətləri göstərən CrowdStrike-in yaratdığı nasazlıq səbəbindən hava yolları, banklar, media, telekommunikasiya və nəqliyyat sektorlarında fəaliyyət göstərən bir çox şirkət sistemlərində də nasazlıqlar baş verib.

20.07.2024 10:02

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 2-ci reklam_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ