Azərbaycana kərə yağı idxalı kəskin artıb - 6 AYDA 71 MİLYON DOLLAR XƏRCLƏNİB
2024-cü ilin ilk 6 ayı ərzində Azərbaycana 71 milyon 44 min dollar dəyərində 13 min 509 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub (bir tonu orta hesabla 5 min 259 dollardan).
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinə itinadən xəbər verir.
2023-cü ilin eyni dövründə Azərbaycana 47 milyon 19 min dollar dəyərində 8 min 501 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunmuşdu (tonu orta hesabla 5 min 531 dollardan ).
Beləliklə, kərə yağı idxalı 2024-cü ilin ilk 6 ayı ərzində 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 24 milyon 25 min dollar və ya 51%, miqdar ifadəsilə 3 min 493 ton və ya 41% artıb.
Həmçinin, 2024-cü ilin ilk 6 ayı ərzində Azərbaycana 95 milyon 796 min dollar dəyərində 80 min 681 ton bitki və heyvan mənşəli yağlar idxal olunub (1 tonu orta hesabla 1187 dollardan). Ötən ilin eyni dövründə 89 milyon 16 min dollar dəyərində 65 min 424 ton bitki və heyvan mənşəli yağlar idxal olunmuşdu (tonu orta hesabla 1360 dollardan).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 14 saat əvvəl
-
16 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 16 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















