Lüks mallar nəhənginə Çin zərbəsi - Dəyərindən 17 milyard avro silindi
Lüks mallar nəhəngi LVMH-nin böyüməsi Çin bazarındakı azalma səbəbindən yavaşlayıb. Yaponiya bazarında satışların artdığı müşahidə edilib.Lüks mallar nəhəngi LVMH-nin satışının artması 2024-cü ilin ikinci rübündə alıcıların bahalı Louis Vuitton çantalarına və Christian Dior-a xərclərini azaltması səbəbindən yavaşlayıb.
Marja.az xarici mətbuata istinadən xəbər verir ki, lüks qrupun ən böyük bölməsi olan moda və dəri məmulatları bölməsində gəlir 1% artaraq analitiklərin gözlədiyi artımın təxminən yarısını təşkil edib.
Celine, Fendi və Loewe kimi markaların yer aldığı bölmədə satışın artımı ötən ilin eyni dövründə 21% olaraq qeydə alınmışdı.
Nəticələrdən sonra Parisdə birjada ilk əməliyyatlarda şirkətin səhmləri 5 faizə qədər ucuzlaşıb. Bu azalma ilə şirkətin bazar dəyərindən 17 milyard avro silinib.
Çindəki mənfi performansın təsiri xüsusilə nəticələrdə hiss olunub. Çinin də daxil olduğu bölgədə satışlar bu rübdə 14% azalıb. Çindəki azalma, çinli turistlərin xaricdə, xüsusən Yaponiyada güclü xərcləri ilə qismən kompensasiya edilib. Zəif yen satışları 57% artırıb.
LVMH-nin maliyyə direktoru Jean-Jacques Guiony nəticələrin açıqlandığı təqdimatda bildirib ki, adətən xaricdən dəbdəbəli mallar alan çinli müştərilər ucuz yendən yararlanaraq şirkətin məhsullarını almaq üçün Yaponiyaya növbəti səfərlərini gözləyirlər. O əlavə edib ki, bu dəyişiklik qrupun marjalarına təzyiq göstərir.
Dünyanın üçüncü ən varlı adamı olan Bernard Arnaultun rəhbərlik etdiyi LVMH moda, zərgərlik, otellər və spirtli içkiləri əhatə edən təxminən 75 lüks brendə sahibdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
51 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















