Bolt köhnə avtomobili yeni elektromobil ilə əvəz edənə 3 min manat pul verəcək
Bolt Azərbaycanda avtoparkların yenilənməsi üçün birgə maliyyələşdirmə proqramının başladığını elan edirBolt köhnə avtomobilləri daha yeni, ekoloji cəhətdən təmiz avtomobillərlə əvəz etməyə kömək edilməsi məqsədi daşıyan innovativ təşəbbüsün pilot mərhələsinin başlandığını elan edib.
Şirkətdən Marja-ya verilən məlumata görə, təşəbbüs çərçivəsində avtoparklar Boltdan yeni avtomobillərin alınması üçün təxminən 3000 manat məbləğində maliyyə dəstəyi alacaq. Bunun müqabilində bu avtoparklar müəyyən göstəricilərə cavab verməli və brendinq üzrə bonus proqramlarında iştirak etməlidirlər.
Qeyd edilib ki, təşəbbüs taksi şirkətlərinin və tərəfdaş sürücülərin elektrik və hibrid modellərə, yeni və daha səmərəli nəqliyyat vasitələrinə keçidini dəstəkləmək məqsədi daşıyır. Proqram tərəfdaşların üzləşdiyi vacib problemlərin həllinə yönəlib və eyni zamanda hökumətin ölkənin avtomobil parklarını modernləşdirmək və dayanıqlı mobilliyi təşviq etmək konsepsiyası ilə uyğunlaşır. Bundan əlavə, bu təşəbbüs bir çox sürücülərin işləməyə və gəlir qazamağa davam etməsini təmin edəcək, çünki daha müasir nəqliyyat vasitələrinə keçid onlara səfər sifarişi xidmətləri ilə işləməyə davam etməyə imkan verəcək.
Proqramın pilot mərhələsinin bir hissəsi olaraq, Bolt yayın sonuna qədər bir neçə min avtomobilin cəlb edilməsini planlaşdırır. Perspektivdə şirkət digər maraqlı tərəflərlə tərəfdaşlıq hesabına təşəbbüsün miqyasını genişləndirmək imkanlarını nəzərdən keçirir.
“Bolt şirkətinin Azərbaycanda səfər sifarişi xidmətinin rəhbəri Naim Əzizov bildirir: “Biz bu proqramın həm ətraf mühit, həm iqtisadiyyat, həm məşğulluq, həm şəhərlərin estetikası, həm də vətəndaşların və ölkəmizə gələn qonaqların rahatlığına əhəmiyyətli təsir göstərməsi baxımından böyük potensiala malik olduğunu görürük, müsbət dəyişikliklərə nail olacağımıza və Azərbaycan üçün daha təmiz və daha davamlı gələcəyə töhfə verəcəyimizə əminik”.
Bolt, şəhərdə nəqliyyat vasitəsilə hərəkəti daha əlçatan, təhlükəsiz və ekoloji cəhətdən təmiz etməyi hədəfləyən çoxtərəfli proqramdır. Boltun xidmətlərindən Avropa və Afrikanın 45 ölkəsində (400-dən çox şəhərində) 100 milyon insanın istifadə edir. Multi-tətbiqdən vasitəsilə avtomobil xidməti sifariş vermək, karşerinq, elektrikli skuterlərin və elektrikli velosipedlərin icarəsi, həmçinin ərzaq və ərzaq məhsullarının çatdırılması kimi bir sıra xidmətlər təqdim olunur. Hazırda dünya üzrə 2,5 milyondan çox sürücü və 100 min kuryer şirkətlə əməkdaşlıq edir.
Hazırda Bolt şirkəti Azərbaycanın yeddi şəhərində (Bakı, Gəncə, Mingəçevir, Qəbələ, Şəmkir, Sumqayıt, Şəki) səfər sifarişi xidmətini həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 10 d. əvvəl
- 13 d. əvvəl
- 15 d. əvvəl
- 15 d. əvvəl
- 31 d. əvvəl
-
52 d. əvvəl
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
- 59 d. əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Ən çox oxunanlar
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA


















.jpg)

