Gəlirləri azalan və zərər edən Intel, ixtisara gedəcəyini açıqlayıb
Çip istehsalçısı Intel bildirib ki, pul itirdiyi üçün işçi qüvvəsinin 15%-dən çoxunu, təxminən 17 min 500 nəfəri ixtisar edəcək.Dünyanın ən böyük çip istehsalçılarından biri olan Intel-in balans hesabatı şirkətin gəlirlərinin ikinci rübdə azaldığını göstərib.
Marja xəbər verir ki, Intel-in gəliri ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 1 faiz azalaraq 12,8 milyard dollara düşüb. Şirkət ötən ilin eyni dövründə 12,9 milyard dollar gəlir əldə etdiyini açıqlamışdı.
Intel-in bu dövrdəki gəliri bazar proqnozunu doğrultmayıb. Proqnoz şirkətin gəlirinin 12,94 milyard dollar olacağı idi.
Keçən ilin ikinci rübündə 1,5 milyard dollar xalis mənfəət əldə edən Intel, bu ilin eyni dövründə 1,6 milyard dollar zərər etdiyini bildirib.
Çip istehsalçısının eyni dövrdə səhmbaşına zərəri 38 sent olub. Intel ötən ilin ikinci rübündə səhmbaşına 35 sent mənfəət əldə etdiyini açıqlamışdı.
Intel tərəfindən, işçilərin sayının 15 faizdən çox (təxminən 17 min 500 nəfər) azaldılması da daxil olmaqla, xərclərin hərtərəfli azaldılmasının planlaşdırıldığı bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 5 d. əvvəl
- 43 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























