Gəncədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının pərakəndə satışı 14%-dən çox artıb
Gəncə Şəhər Statistika İdarəsindən Marja-ya verilən məlumata görə, 2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 755 milyon 352,3 min manatlıq, o cümlədən 407 milyon 188 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 348 milyon 164,3 min manatlıq qeyri-ərzaq malları satılmışdır. 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 14,2 faiz artmış, qeyri-ərzaq malları üzrə isə 11,3 faiz azalmşdır.
2024-cü ilin yanvar-iyun aylarında istehlak mallarının dəyər ifadəsində 19,8 faizi ticarət müəssisələri, 59,9 faizi fərdi sahibkarlar tərəfindən, 20,3 faizi isə bazar və yarmarkalarda satılmışdır.
2023-cü ilin yanvar–iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,3 faiz, fərdi sahibkarlar üzrə 2,3 faiz azalmış bazar və yarmarkalarda isə 26,7 faiz artmışdır.
İctimai iaşə dövriyyəsi və ödənişli xidmətlər
Gəncə şəhərində 2024-cü ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz artaraq 22,7 milyon manat təşkil etmişdir. Dövriyyənin 22,3 milyon manatı fiziki şəxslərin hesabına təmin olunmuşdur.
2024-cü ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrünə nisbətən real ifadədə 6,9 faiz artaraq 275,4 milyon manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 70,7 milyon manatlıq xidmət göstərilmiş və xidmətlərin ümumi dəyərinin 25,7 faizini təşkil etmişdir. Ödənişli xidmətlərin 14,3 faizi dövlət, 85,7 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 11 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























