Çindən Orta Dəhliz ilə konteyner yükdaşımalarının həcmi 14 dəfə artıb
Cari ilin əvvəlindən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) ilə Çindən konteyner daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 dəfə artıb.
"Qazaxıstan Temir Yolu” SC-in mətbuat xidməti xəbər verir ki, Çini Avropa və Türkiyə ilə birləşdirən multimodal nəqliyyat dəhlizinin inkişafı üçün daşımaların həcminin artırılması, xidmətin və yüklərin çatdırılma sürətinin yaxşılaşdırılması istiqamətində işlər aparılır.
Bu günə kimi Altınkol stansiyasından Abşerona (Bakı) çatdırılma müddətləri 9 günə, Poti-Batumiyə (Gürcüstan) 12 günə, Poti-Batumi vasitəsilə Konstansaya (Rumıniya) 20-22 günə endirilib.
Xatırladaq ki, 2023-cü ildə “Qazaxıstan Temir Yolu” Azərbaycan və Gürcüstanın dəmir yolu administrasiyaları ilə “Middle Corridor Multimodal Ltd.” adlı birgə müəssisə yaradıb.
Əlaqələndirici operator “bir pəncərə” prinsipi, zəmanətli çatdırılma müddəti və dəyəri üzrə xidmətlərin göstərilməsi ilə marşrut üzrə multimodal xidmətin inkişafı üzrə səyləri gücləndirəcək.
“Qazaxıstan Temir Yolu”, həmçinin iri beynəlxalq logistika şirkətlərini cəlb etməklə Xəzər dənizində liman və limanətrafı infrastrukturu fəal şəkildə inkişaf etdirir.
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çini Avropa ölkələri ilə birləşdirir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
54 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
55 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib




.jpg)
.jpg)










.jpg)









