Kredit təşkilatı vəfat etmiş müştərini məhkəməyə verib
Azərbaycanda bank olmayan kredit təşkilatı vəfat etmiş müştərini məhkəməyə verib.
Bunu dünyasını dəyişmiş şəxsin oğlu Mirbağır Bünyatov bildirib.
Onun sözlərinə görə, Cəlilabad rayon sakini olmuş atası Fayaz Bünyatov 2015-ci ilin iyun ayının 29-da “Kred Aqro” BOKT QSC-dən 1500 manat məbləğində 18 aylıq kredit götürüb: "Həmin vaxt da kredit müqaviləsi “Kred Aqro” BOKT QSC-nin əməkdaşlıq etdiyi “Alfa Sığorta” şirkəti tərəfindən sığortalanıb. Mənim də həmin kredit müqaviləsi üzrə zaminlik öhdəliyim var. Atam isə 2016-ci ilin oktyabrın 12-də vəfat edib. Həmin dövrə qədər kredit ödənişlərini vaxtı-vaxtında həyata keçirmişik, gecikmə də olmayıb".
M.Bünyatov bildirib ki, atasının vəfatından sonra “Kred Aqro” BOKT QSC ondan zaminlik öhdəliyini yerinə yetirməsini tələb edib: "Sığorta müqviləsi ilə əlaqədar tələb olunan sənədləri atamın vəfatından sonra “Kred Aqro”ya təqdim etdim. Lakin bankdan bildirildi ki, həmin sığorta şirkəti müflis olunub və sığorta öhdəliyini yerinə yetirmir. Bundan sonra “Kred Aqro” BOKT QSC rəhmətə getmiş atamı və məni məhkəməyə verdi. Bank sığorta sənədlərini isə məhkəməyə təqdim etməmişdi. Cəlilabad Rayon Məhkəməsi isə rəhmətə getmiş atamın krediti ödəməsi barədə qərar çıxardı. Həmçinin də mənim barəmdə qərar qəbul edildi. Mən də həmin qərardan apellyasiya şiayəti verdim. Məhkəmə birinci instansiya məhkəməsinin çıxardığı qərarı ləğv etdi".
F.Bünyatov qeyd edib ki, “Kred Aqro” BOKT QSC onu yenidən məhkəməyə verib: "Bununla bağlı mənə həm bankdan, həm də Cəlilabad Rayon Məhkəməsindən bildiriş göndərilib. Avqustun 29-da məhkəmə iclası olacağı qeyd edilib. Halbu ki, həmin məhkəmənin sədri özü şəxsən mənə zəng edib, anlaşılmazlıq olduğunu demişdi".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























