Çindən Kanadaya reaksiya - “Səhvinizi dərhal düzəldin”
Pekin administrasiyası Kanadanın elektriklə işləyən avtomobillərə və Çindən idxal edilən polad və alüminium məhsullarına əlavə gömrük tarifləri tətbiq etməsini tənqid edib.
Çin Ticarət Nazirliyindən yaydığı açıqlamasında, Kanada hökumətinin həyata keçirməyə qərar verdiyi əlavə tarif artımların və digər məhdudlaşdırıcı tədbirlərin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına zidd olduğu bildirilib.
Marja-nın məlumatına görə, açıqlamada vurğulanıb ki, Çinin elektromobil və digər sənaye sahələrinin inkişafı müqayisəli üstünlüklərə və açıq rəqabətə əsaslanır, eyni zamanda iqlim dəyişikliyinə qarşı qlobal mübarizəyə və yaşıl transformasiyaya töhfə verir.
Qeyd edilib ki, Kanada azad ticarəti və ÜTT qaydalarını açıq şəkildə pozur və əlavə tariflər tətbiq edir.
Açıqlamada, Kanada hökumətinin davranışının "ticarət proteksionizminin tipik bir nümunəsi" olduğu vurğulanıb və aşağıdakılar qeyd edilib:
"Kanadanın bu addımı qlobal sənaye və təchizat zəncirlərinin sabitliyinə xələl gətirəcək, qlobal iqtisadi sistemi, iqtisadi və ticarət qaydalarını pozacaq, Çin və Kanada arasında iqtisadi və ticarət əlaqələrinə mənfi təsir göstərəcək, bu da hər iki ölkənin şirkətlərinin maraqlarını pozacaq, Kanadalı istehlakçıların rifahı və Kanadanın yaşıl transformasiyasına və iqlim dəyişikliyi ilə mübarizə üçün qlobal səylərə zərər verəcək".
Açıqlamada Çinin öz şirkətlərinin qanuni hüquq və mənafelərini qorumaq üçün bütün lazımi tədbirləri görəcəyi bildirilib və Kanada tərəfini “səhv addımlarını dərhal düzəltməyə” çağırıb.
Kanadada baş nazir Kastin Trüdonun (Justin Trudeau) rəhbərlik etdiyi hökumət oktyabrın 1-dən Çindən idxal edilən elektrik avtomobillərinə 100 faiz, oktyabrın 15-dən isə alüminium və polad məhsullarına 25 faiz rüsum tətbiq edəcəyini açıqlayıb.
Beləliklə, Kanada bu məhsullara ABŞ ilə eyni dərəcədə gömrük tarifləri müəyyən edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
9 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 19 saat əvvəl
-
23 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
