Hyundai, hibrid avtomobil portfelini 2 dəfə artırmağı planlaşdırır
Hyundai, elektrikli avtomobillərə tələbatın azalması səbəbindən hibrid avtomobil modellərinin sayını iki dəfə artırmağı planlaşdırdır. Həmçinin, Şirkət investor gəlirlərini artırmaq planının bir hissəsi olaraq 4 trilyon von (3 milyard dollar) dəyərində səhmləri geri alacağını açıqlayıb.
Marja.az xəbər verir ki, İnvestorlar günündə yeni strategiyasını açıqlayan dünyanın üçüncü ən böyük avtomobil istehsalçısı, kompakt və orta seqmentli avtomobillərdən ibarət olan hibrid avtomobillər çeşidinə iri və lüks avtomobilləri də əlavə edəcək və hibrid avtomobillərin sayını 14-ə çatdıracaq. Bununla belə, Hyundai 2030-cu ilə qədər elektrikli avtomobil satış hədəfini 2 milyon ədəddə saxlayıb.
Son açıqlama ilə Hyundai, elektrikli avtomobil hədəfləri ilə bağlı ehtiyatlı strategiya seçən avtomobil şirkətlərinə qoşulub.
Ford Motor, Porsche və Mercedes-Benz Group son aylarda elektrikli avtomobil hədəflərindən geri çəkiliblər. Bu il Tesla ötən il satdığı 1,8 milyon ədəd avtomobil satışından çox aşağı satış rəqəmlərinə malikdir.
Hyundai yeni strategiyası ilə Hibrid və daha uzun mənzilli elektrik avtomobili (EREV) sahəsində genişlənməyi və elektrikli avtomobillərə tələbatın bərpa olunacağı gözlənilən 2030-cu ilə qədər tam elektrikli avtomobil modellərini tədricən artırmağı hədəfləyir.
Hyundai-nin güclü hibrid satışları ikinci rübdə ümumi avtomobil satışlarının təxminən 12 faizini təşkil edib.
İnvestorlar günündə Hyundai, istehsalı artırmaq, hidrogen avtomobilləri, elektrik avtomobil akkumulyatorları və proqram təminatı kimi sahələrdə irəliləyiş əldə etmək üçün növbəti on il ərzində 121 trilyon von (91 milyard dollar) sərmayə yatıracağını bəyan edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















