Azərbaycan xəzinəsi 100 000 000 manat da cəlb edir
Maliyyə Nazirliyinin 364 günlük istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir3 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 100 milyon manatlıq Diskontlu, Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcəkdir.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Dövlət istiqrazının növü: Diskontlu, qısamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu: AZ0101060108
Emissiya həcmi: 100 000 000 manat
Nominal dəyəri: 100 manat
İstiqrazların tədavül müddəti: 364 gün
Ödəmə tarixi: 02.09.2025
Anderrayter: PAŞA Kapital İŞ QSC
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 16 d. əvvəl
-
25 d. əvvəl
Mərkəzi Bank: Fermerlərin kreditlərə çıxışını asanlaşdırmaq üçün yeni alətlər hazırlanır
- 28 d. əvvəl
-
1 saat əvvəl
"Novex Group" Beynəlxalq Qida Sənayesi Sərgisində geniş məhsul portfeli ilə iştirak edir - VİDEO
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
10 saat əvvəl
“Bakı Marafonu 2026” Azercell-in eksklüziv tərəfdaşlığı ilə baş tututb
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Qlobal borcun həcmi 350 trilyon dolları keçib
"Yaşıl Cümə"də səni hansı fürsətlər qarşılayacaq bilirsən?
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Neft və təbii qaz ucuzlaşıb, qızıl bahalaşıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Qubanın 3 kəndinin adı dəyişdirilir






.jpg)
.jpg)







.jpg)






