Avropada Apple-a rekord məbləğdə vergi borcu yazıldı
Avropa Ədalət Məhkəməsi İrlandiyadakı fəaliyyətinə görə Apple-a 13 milyard avrodan çox vergi borcu yazan Avropa Birliyi Komissiyasının qərarını qüvvədə saxlayıb. Məhkəmə, AB Komissiyasının Google-a tətbiq etdiyi 2,4 milyard avro cəriməni də tədiqləyib.Avropa Birliyinin ən yüksək hüquqi orqanı olan Avropa Ədalət Məhkəməsi, Apple-ın İrlandiyadakı fəaliyyətinə görə 13 milyard avro ödəməli olduğuna qərar verib.
Marja xəbər verir ki, ərarda, AB Komissiyasının, 2016-cı ildə İrlandiyanın Apple-a qeyri-qanuni yardım etdiyi və ölkənin bu yardımı geri götürməsi barədə qərarının Avropa Ədalət Məhkəməsi tərəfindən təsdiqləndiyi bildirilib.
Avropa Komissiyası 2016-cı ildə bir qərar çıxararaq, iPhone istehsalçısının 2014-cü ildə vergi yükünü 0,005 faizə endirən iki İrlandiya vergi qərarından iyirmi ildən çox faydalandığını bildirmişdi.
Qərarda hakimlər, "Ədalət Məhkəməsi məsələ ilə bağlı yekun qərarını verdi və Avropa Komissiyasının 2016-cı il qərarını təsdiqlədi. İrlandiya Apple-a qanunsuz yardım edib və İrlandiya bu yardımı geri almalıdır" deyilir.
Apple rekord vergi qərarının reallığa və sağlam düşüncəyə zidd olduğunu bildirib.
Avropa Məhkəməsi Google-a 2,4 milyard avro cərimə kəsilməsini də məqsədəuyğun hesab edib
Avropa Ədalət Məhkəməsi Google və Alphabet şirkətlərinin Avropa İttifaqı Komissiyasının cəriməsinə qarşı qaldırdığı iş üzrə qərarını da açıqlayıb.
Müvafiq olaraq, məhkəmə Google və Alphabet-in etirazını rədd edib. Şirkətin özünün alış-veriş xidmətinə imtiyazlar verməklə dominant mövqeyindən sui-istifadə etməsilə əlaqədar olaraq tətbiq edilən 2,4 milyard avro cəriməni təsdiqləyib. Avropa Ədalət Məhkəməsi Google-un özünün alış-veriş axtarış nəticələrini rəqib xidmətlərdən daha önə çəkməsinin ayrı-seçkilik olduğuna qərar verib.
AB, axtarış sistemi ilə öz alış-veriş xidmətlərinə üstünlük verdiyi ilə əlaqədar olaraq Google-a qarşı istintaq başlatmışdı.
Sözügedən iş ümumi məbləği 8 milyard avrodan çox olan üç cərimənin birinci mərhələsidir.
Google sözçüsü, şirkətin məhkəmə qərarından "məyus" olduğunu söyləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 23 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib



























