Şirvan-Salyanda əkin sahələrinə dəymiş zərərlə bağlı 686 min manat ödəniş edilib

Kənd təsərrüfatı heyvanları və bitkilərin, xüsusilə tərəvəz və meyvə bağlarının sığortası, bu sahədəki yeniliklər və fermerləri maraqlandıran məsələlər Aqrar Sığota Fondu və Salyan Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən «Dayanıqlı fermer təsərrüfatı üçün aqrar sığorta» tədbirində müzakirə edilib.
Tədbiri giriş sözü ilə açan Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Salyanda kənd təsərrüfatı üçün böyük imkanlar olduğunu, əkinçiliyin və heyvandarlığın inkişaf etdiyini bildirib.
Tədbirdə bildirilib ki, Salyan rayonunda 41 min hektardan artıq əkin sahəsinin 14 min hektarı taxıl əkinləri, 10 min hektarı pambıq, təqribən 14 min hektar yonca əkinlərinin payına düşür.
Bundan başqa, Salyanda geniş meyvə bağları, tərəvəz, bostan bitkiləri, çəltik və şəkər çuğunduru da becərilir, rayonda təkcə üzüm bağlarının sahəsi 1200 hektara yaxındır.
İcra hakimiyyətinin başçısı qeyd edib ki, rayondakı əkinlərin yalnız 5 min hektarı sığotalanıb və bu da qənaətbəxş sayla bilməz. S.Hətəmov fermerləri dövlət tərəfindən yaradılan bu imkandan istifadə etməyə və təsərrüfatlarını sığortalamağa çağırıb.
Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov ölkəmizdə dövlət tərəfindən yaradılan aqrar sığorta mexanizmi, onun iş prinsipi, fermerlər üçün əhəmiyyəti barədə məlumat verib. Fond sədrinin sözlərinə görə, aqrar sığorta haqqına 50%-lik dövlət dəstəyi sayəsində fermerlər cüzi məbləğ ödəməklə əkin sahələrini sığorta edə bilərlər.
Tədbirdə bildirilib ki, aqrar sığorta əkin sahələrini təbiət hadisələri, dolu, qasırğa, fırtına, leysan yağışları, sel-subasma, yanğın, vəşhi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətərindən sığorta edir.
Aqrar Sığorta Fondunun rəhbəri bildirib ki, aqrar sığortadan faydalanan fermerlərin sayı artmaqdadır. Belə ki, 2022-c ildə müxtəlif hadisələrdən zərər çəkən fermerlərə 2,4 milyon manat sığorta ödənişi edildiyi halda, 2023-cü ildə bu rəqəm 4,4 milyon manata, 2024-cü ilin ilk 7 ayında isə 3,3 milyon manata yüksəlib, ilin sonunda bu məbləğin daha yüksək olacağı gözlənilir.
Qeyd edilib ki, Şirvan-Salyan iqtisadi rayonunda indiyədək əkin sahələrinə dəymiş zərərlə bağlı ümumilikdə 686 min manat, heyvandarlıq sığortası üzrə isə 96 min manat sığorta ödənişi edilib.
Payızlıq taxıl mövsümünün yaxınlaşığını xatırladan Fond sədri fermerləri əkin sahələrini çoxsaylı risklərdən qorumağa və sığorta olunmağa çağırıb.
Tədbirdə sığorta haqları və sığorta ödənişləriin hesablanması, ayrı-ayrı məhsullar üzrə sığorta haqları, ödəniş prosesi barədə məlumat verilib.
Bildirilib ki, Salyanda 1000 manatlıq buğda və pambığın sığortalanması fermerə cəmi 7 manata, 1000 manatlıq arpa məhsulunun sığortası 9 manata, eyni məbləğdə narın sığortası 8 manata, xurmanın sığortası isə 11 manata başa gəlir.
Salyanda geniş yayılmış bostan bitkilərinə gəlincə, 1000 manatlıq pomidorun sığortalanması 10 manata, eyni məbləğdə qarpızın sığorotalanması isə 11 manata başa gəlir.
Əlavə ödənişlə məhsulu donvurmadan və dolu yağması nəticəsində görünüşünün korlanmasına görə ucuzlaşmasından da sığortalamaq mümkündür.
Məlumatlar fermerlərin böyük marağına səbəb olub, onlar sığortanın əhatə etdiyi risklər, sığorta ödənişi prosesi, sığoorta müqaviləsinin bağlanması və qüvvəyə minməsi, heyvandarlıq sığortası və sair hallarla bağlı çoxsaylı suallar verib və həmin suallar cavablandırılıb.
Eyni zamanda femerlərə bildirilib ki, onlar sığorta müqaviləsinin olmasını və qüvvəyə minməsini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəki «Şəhadətnaməni yoxla» bölməsindən dəqiqləşdirə, sığorta haqlarını isə saytdakı «Sığorta kalkulyatoru» vasitəsilə hesbalaya bilərlər.
Tədbirdən sonra Aqrar Sığorta Fondunun sədri Füad Sadıqov Salyan rayonunda təsərrüfatlarda olub, femerlərlə görüşüb, onların suallarını cavablanlırıb.
Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi internet səhifəsindən və səhifədəki “Bitkiçilik sığortası kalkulyatoru” və “Heyvandarlıq sığortası kalkulyatoru” vasitəsilə əldə etmək mümkündür. Fermerlər həmçinin Fondun 1651 çağrı mərkəzinə zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər.
Müştərilərin xəbərləri

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
4 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 1 saat sonra
-
- 35 san. sonra
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət cədvəli açıqlandı
-
1 gün əvvəl
8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
-
1 gün əvvəl
Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
-
1 gün əvvəl
"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
-
1 gün əvvəl
Mərkəzi Bank "Mercedes-Benz"in Azərbaycandakı distributoruna lisenziya verib
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Sentyabrın 14-də gözlənilən hava şəraiti

Azərbaycan neftinin son qiyməti

Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər

"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"

“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq

Azərbaycada 280 min nəfər işsiz əhali var

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət 3 bankda 450 milyon manat depozit yerləşdirdi
.webp)
TuranBank 15 milyon dollarlıq saziş imzalayıb
