Müştərilərin narazı və razı olduqları sığorta şirkətləri - SİYAHI
Azərbaycan Mərkəzi Bankı "Avto-icbari sığorta üzrə şikayət indeksi, Sentyabr 2023 – Avqust 2024" hesabatını açıqlayıb.
Marja.az xəbər verir ki, qırmızı və yaşıl zonada yer alan sığorta şirkətlərinin adları məlum olub.
Belə ki, qırmızı ona olaraq qəbul edilən yuxarı şikayət indeksində (hesablama nəticəsində əldə olunan orta göstəricidən yuxarı olan) "Bakı Sığorta", "Xalq Sığorta" "PAŞA Sığorta", yaşıl zona olaraq qəbul edilən aşağı şikayət indeksində (hesablama nəticəsində əldə olunan orta göstəricidən aşağı olan) isə "AtaSığorta", “Atəşgah Sığorta”, "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta" və "Qala Sığorta" yer tutub. Sarı zona olaraq qəbul edilən orta şikayət indeksində yer tutan şirkət yoxdur.
Qeyd edilib ki, avto-icbari sığorta üzrə şikayət indeksi vətəndaşların bu növ üzrə sığorta xidmətlərini əldə edərkən seçim etmələrinə dəstək göstərilməsi məqsədilə hesablanılır və yayımlanır. Şikayət indeksinin hesablanmasında beynəlxalq səviyyədə istifadə olunan metodologiyaya əsaslanaraq avto-icbari sığorta növü üzrə lisenziyası aktiv olan sığorta şirkətləri ilə bağlı daxil olan şikayətlər nəzərə alınmışdır. Eyni zamanda avto-icbari sığorta növünün aparılması üzrə verilən icazənin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsi məhdudlaşdırılmış və lisenziyası ləğv olunmuş sığorta şirkətləri ilə bağlı şikayətlərin tənzimlənməsi Mərkəzi Bank tərəfindən əvvəlki qaydada davam etdirilir.
Şikayət indeksinin metodologiyası: Müvafiq şikayət indeksinin hesablanması üçün aşağıdakı düsturdan istifadə olunmuşdur:
Şikayət indeksi = Şikayətlər üzrə bazar payı/ Bağlanan müqavilələr üzrə bazar payı
Şikayətlər üzrə bazar payı - müvafiq sığortaçı üzrə şikayətlərin ümumi şikayətlərə nisbəti,
Bağlanan müqavilələr üzrə bazar payı - müvafiq sığortaçı üzrə bağlanan müqavilələrin sayının ümumi müqavilələrin sayına nisbəti.
Şikayət indeksinin izahı: İndeksin 1.00-dən aşağı olması həmin portfel üzrə xidmət səviyyəsinin digər şirkətlərlə nisbətdə yaxşı olduğunu, lakin 1.00-i üstələməsi xidmət səviyyəsinin digər şirkətlərə nəzərən aşağı olduğunu göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 6 saat əvvəl
-
-
8 saat əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
-
9 saat əvvəl
Wolt-dan 60%-dək endirimlə Black Friday-də daha sərfəli və sürətli alış-veriş edin
-
9 saat əvvəl
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
Biznesiniz üçün QISA NÖMRƏ alın
Rusiya limanına hücumdan sonra neft qiymətləri artıb
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Xankəndidə mənzillər satışa çıxarılacaq












.jpg)









