“PAŞA Bank” “Xəzinədarlıq hedcinq məhsulları” adlı seminar keçirib
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” bazar risklərinin effektiv idarə edilməsi üçün qabaqcıl məhsul və strategiyaların müzakirəsinə həsr olunmuş “Xəzinədarlıq hedcinq məhsulları” adlı seminar keçirib.
17 sentyabrda “Four Seasons” mehmanxanasında baş tutan tədbirin əsas məqsədi, iştirakçılara nağd pul axınının idarə edilməsi, maliyyə sabitliyinin artırılması, bazar hərəkətlərindən faydalanaraq risklərin qarşısının alınması, portfel müxtəlifliyinin yüksəldilməsi, dəyişkən bazarlarda spekulyativ imkanlardan istifadə edilməsi, əmtəə gəlirləri vasitəsilə risklərin idarə olunması və investisiya gəlirlərinin qorunması üçün təqdim edilən alətlər və həllər haqqında ətraflı məlumat təqdim etməkdir.
hecinq-1.jpg (975 KB)Tədbirdə çıxış edən Bank rəsmiləri bildiriblər ki, törəmə maliyyə alətləri, həm fiziki şəxslər, həm şirkətlər, həm də peşəkar investorlar tərəfindən alınıb-satılan maliyyə məhsullarıdır.
“PAŞA Bank”ın İdarə heyətinin sədr müavini Bəhruz Nağıyev qeyd edib ki, bu alətlər, investorların əsas aktivlərdə potensial itkilərdən qorunmalarına kömək edərək, risklərin idarə olunmasında mühüm rol oynayır.
Qeyd edək ki, “PAŞA Bank” müştərilərinin və digər biznes nümayəndələrinin qatıldığı tədbirdə Bank mütəxəssisləri bir sıra xidmət və məhsulların ətraflı icmalını, risk amillərini və təşkilatların ehtiyaclarına uyğun məhsulları təqdim ediblər. İştirakçılara risklərin növləri (faiz dərəcəsi riski, valyuta riski, əmtəə qiymət dəyişmələri və s.), törəmə maliyyə alətləri və bu alətlərin bazar iqtisadiyyatımızdakı roluna dair geniş məlumat verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)







