Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Elektromobillərin enerji doldurma stansiyaları şəbəkəsinin genişləndirilməsinə yönəlmiş yeni plan hazırlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Elektromobillərin enerji doldurma stansiyaları şəbəkəsinin genişləndirilməsinə yönəlmiş yeni plan hazırlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda elektromobillərin enerji doldurma stansiyaları şəbəkəsinin genişləndirilməsinə yönəlmiş “Elektromobillik üzrə Milli Plan”hazırlanıb.

Bunu açıqlamasında Energetika Nazirliyinin tabeliyindəki Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbəri Cavid Abdullayev bildirib.

Abdullayev qeyd edib ki, hazırda plan üzrə rəy və təkliflər toplanır, bundan sonra onlar növbəti baxılmaya aidiyyatı üzrə göndəriləcək.

Onun sözlərinə görə, plana əsasən, enerji doldurma stansiyalarının və aktiv istehlakçıların şəbəkəyə qoşulması əsasən paylayıcı şəbəkə vasitəsilə həyata keçirilir ki, bu da ötürücü şəbəkəyə təsir edən fluktuasiyalara səbəb olur. Bu isə öz növbəsində enerji sisteminə yükü artırır. Bu təsirləri minimuma endirmək üçün onların təsirini nəzərə almaq və paylayıcı şəbəkələrin işinin sabitləşdirilməsi üçün həllər hazırlamaq məqsədilə tədqiqatların aparılması planlaşdırılır".

Hazırda Bakı şəhərində 55-60, Sumqayıtda 2, bölgələrdə isə 30-35 enerji doldurma məntəqələri fəaliyyət göstərir. Regionlarda elektromobilləri şarj etmək üçün istifadə olunan bu qurğular– Yevlaxda, Salyanda və Qəbələnin Hacıallı kəndində, Qarabağ və Şərqi Zəngəzurda isə Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Xocavənd, Xocalıda quraşdırılıb.

© “Report”

18.09.2024 13:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18