Yerin 1500 metr dərinliyindən çıxarılır, emal edilir, satışa verilir

Bu gün mağazalarda cüzi qiymətə satılan Naxçıvan duzunun, əslində, necə böyük zəhmət və alın təri hesabına istehsal olunduğunu çoxumuz bilmirik.
“Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”, – deyiblər. Elə bu düşüncəylə ötən günlərdə həmin ünvana yol aldıq. İlk öncə “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Anar Əsədullayevlə söhbət etdik.
O, bizimlə söhbətində bildirdi ki, bu ərazidə hələ qədimdən primitiv üsulla duz çıxarılıb. Həmin duz məişətdə istifadə olunmaqla yanaşı, mübadilə vasitəsi kimi Böyük İpək Yolu ilə Şərq və Qərb ölkələrinə aparılıb. Bu mənada, duz həm də yaxşı gəlir mənbəyi hesab olunub. Duzdağ yatağından sənaye üsulu ilə duzun çıxarılmasına ilk dəfə 1927-ci ildə başlanılıb.
Sovet dönəmində bu sənaye müəssisəsində istehsal edilən daşduz ittifaq respublikalarına göndərilib. 1988-ci ildən sonra bu sənaye müəssisəsinin fəaliyyəti tamamilə dayanıb, nəticədə, müəssisənin əmlakı dağıdılıb, təcrübəli mədənçilər işsiz qalıblar. Lakin ölkəmiz dövlət müstəqilliyi əldə etdikdən sonra bütün sahələrlə yanaşı, bu sahədə də vəziyyət dəyişdi. Belə ki, dahi rəhbər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yeraltı və yerüstü sərvətlərlə zəngin olan muxtar respublikanın təbii resurslarından, eləcə də duz mədənlərindən səmərəli istifadə olunmağa başlandı.
Ötən müddət ərzində duz mədənində tikinti-quraşdırma, yenidənqurma, təmir-bərpa, abadlıq işləri aparılıb, istismarı dayanıb və uzunluğu 1700 metr olan 1 nömrəli şaxta, eləcə də mövcud 2 duz emalı sexi müasir texnoloji avadanlıqlarla təmin edilib, müəssisə yenidən qurularaq istifadəyə verilib. 2005-ci ildə isə istehsal gücü gündə 7 və 20 ton olan 2 yeni duz emalı sahəsi tikilərək istehsala başlanıb. Burada bütün istehsal prosesi avtomatlaşdırılıb, paketləyici avadanlıq quraşdırılıb. 2010-cu ildə 3 ədəd rəqəmsal yodvuran, 2 ədəd tarixvuran və 1 ədəd duzpaketləyən avadanlıq alınıb gətirilib. Beləliklə, əl əməyi yüngülləşdirilib, yüksəkkeyfiyyətli məhsul istehsalı ilə yanaşı, bu məhsulun vaxtında sifarişçilərin ünvanlarına çatdırılması da təmin edilib. Duz istehsalı üçün yaradılan sahələr Naxçıvanın duz yataqlarının istismarı tarixində qurulan ilk müasir istehsal sahələridir.
Bu gün duz mədənində yeni texnoloji avadanlıqlarla təmin edilmiş 4 duz emalı sahəsi fəaliyyət göstərir, istehsal edilən məhsul “Duzdağ” əmtəə nişanı ilə satışa çıxarılır. Müəssisənin ixrac potensialı ildən-ilə genişləndirilir. Xammalın çıxarılmasından satışa göndərilməsinədək bütün texnoloji proseslərə, istehsal edilən duzun keyfiyyətinə və sanitar-gigiyenik qaydalara ciddi əməl olunur. Burada laboratoriya da fəaliyyət göstərir. Bu ilin ötən dövrü ərzində 1118 ton narın duz, 2670 ton daşduz istehsal edilib, 1249 ton narın duz, 1055 ton daşduz satılıb.
Müəssisənin rəhbəri ilə söhbətimizi bitirib, mədənə doğru irəlilədik. Şaxtanın girişində bizi mədən işçilərindən Müseyib Babayev qarşıladı və bələdçilik etdi. Onunla yolboyu həmsöhbət olduq. Bildirdi ki, 30 ilə yaxındır ki, mədəndə şaxtaçı kimi çalışır. Bura ona çox doğmadır. Mədənə o qədər öyrəşib ki, şaxtadan kənarda çox qalanda özünü yaxşı hiss etmir. Deyir şaxtaçı olmaq asan deyil. Bunun üçün gərək, fiziki güclə yanaşı, möhkəm iradən də ola.
Duz mədənində olduğumuz müddətdə qazmaçı işləyən Ceyhun Hüseynovla da söhbət etdik. O, söhbət zamanı dedi:
– Qazma işi dözüm tələb edir. Uzun müddətdir, bu işlə məşğul olduğumdan işləmək mənim üçün çətin deyil. Böyük zəhmət tələb edən işdə çalışsaq da, aldığımız məvacib hesabına ailəmizi dolandırır, gün-güzəranımızı qururuq.
Mədən işinə ömrünün 20 ilini sərf etmiş Vüqar Abbasov deyir ki, şaxtaçı işi çətin olduğu kimi, həm də şərəfli peşədir. Duz çıxarılan əraziyə çatmaq üçün yerin altı ilə 1500 metr getməli olursan. Çıxarılan duz kollektiv əməyin məhsuludur. Şaxtaya girən hər kəs bir-birinə hər çətinlikdə kömək olmalı, necə deyərlər, ağır yükün altına çiyinlərini verməlidir. Belə olmasa, iş getməz. Burada çalışanların əksəriyyəti təcrübəli işçilərdir. Elə buna görə də işimiz rahat və təhlükəsiz keçir. İçəridə işçilərin kənara çıxmadan istirahət edə bilmələri üçün guşə də yaradılıb.
“Duz yükü ağır olar”, – deyirlər. Mədəndə olarkən şahidi olduq ki, bu ağır yükün altına çiyinlərini verənlər üçün hər cür şərait yaradılıb. Bu şərait isə onlara bütün çətinliklərin öhdəsindən gəlməyə imkan verir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 3 gün sonra
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 3 gün sonra
-
4 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Xsolla” şirkətinin prezidenti ilə görüşüb
-
4 saat əvvəl
Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı
- 4 saat əvvəl
-
4 saat əvvəl
“SOCAR Trading” vasitəsilə ABŞ-yə LNG ticarəti nəzərdən keçirilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar
- 5 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı


“Azərsun Holdinq” “YAŞAT” Fondunun layihəsinə dəstək verib

Azərbaycanda daha çox ət, süd, yumurta və yağlar bahalaşıb

Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olundu

Tramp Avropa İttifaqını Hindistan və Çinə qarşı 100%-lik rüsumlar tətbiq etməyə çağırıb

Maliyyə savadlılığı hər yaşda önəmlidir – Bank of Baku-dan təlim

"Muzdlu işçilərin sayı az olduqca, vergilərin, sosial sığortanın yığılmasında problemlərimiz olacaq"
