Sənaye zonalarında 6,8 milyard manat investisiya yatırılıb, 73 müəssisə istehsal fəaliyyətinə başlayıb
10 min 500-dən çox daimi iş yeri yaradılıb.Hazırda ölkədə 8 sənaye parkı fəaliyyət göstərir. Bunlar Sumqayıt kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Hacıqabul, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarıdır.
Bunlarla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərurda 4 sənaye məhəlləsi də fəaliyyət göstərir.
Sənaye zonalarında sahibkarlığın inkişafına əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Belə ki, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər. Onlar qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.
Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tam azadolma (müəyyən edilmiş siyahıya əsasən) aiddir.
Hazırda ölkəmizdə mövcud sənaye zonalarında 73 müəssisə istehsal fəaliyyətinə başlayıb. İndiyədək sənaye zonalarına 6,8 milyard manat investisiya yatırılıb və 10 min 500-dən çox daimi iş yeri yaradılıb.
Növbəti mərhələdə sənaye zonalarına mövcud layihələr üzrə 1 milyard manata yaxın investisiyanın yatırılması, 7100-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Sənaye zonalarında indiyədək ümumilikdə 13,5 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 4,3 milyard manatlıq hissəsi ixrac olunub. 2024-cü ilin birinci yarısında sənaye zonalarının rezidentləri tərəfindən 1,4 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 476,6 milyon manatı ixracın payına düşür.
Xüsusi qeyd olunmalıdır ki, sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 70-dək ölkəsinə ixrac edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
-
27 d. əvvəl
Azərbaycanda bank sığortaçılığı sahəsində tədqiqat işi aparılıb
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dekabrın 11-də gözlənilən hava şəraiti - Bakıda və Abşeronda leysan olacaq
-
3 saat əvvəl
“Azerconnect Group” RSD sisteminə qoşulan ilk özəl telekommunikasiya şirkəti oldu
-
3 saat əvvəl
Nazir Rəşad Nəbiyev ABŞ Ticarət Departamenti katibinin müavinləri ilə görüşüb
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” süni intellekt üzrə təlim proqramına qeydiyyata start verdi
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Cari əməliyyatlar balansında 3 milyard dollarlıq profisit formalaşıb" - MƏRKƏZİ BANK
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda bank sığortaçılığı sahəsində tədqiqat işi aparılıb
Bir ekosistemi ötən ayı yeniliklərlə başa vurdu
Azərbaycanda inflyasiyanın artım tempi aşağı düşüb
ABB bu dəfə səhiyyə sektorunu araşdırdı!
"TuranBank" Asiya bankı ilə kredit sazişi imzalayıb
"Cari əməliyyatlar balansında 3 milyard dollarlıq profisit formalaşıb" - MƏRKƏZİ BANK
Mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 393 milyon dollar üstələyib
Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin son faiz qərarını açıqladı
AYNA informasiya sistemlərini “Hökumət Buludu”na köçürüb
Bank Xankəndidə filial açdı
"Tam təmirdə bu yanaşma Azərbaycanda ilk dəfə sistemli şəkildə tətbiq olunur" - MÜSAHİBƏ











.jpg)








