“McDonald's Azərbaycan” şirkəti Bilgəh çimərliyində təmizlik aksiyası keçirib

Aksiya sentyabrın 18-də, “McDonald's Azərbaycan” və “Care Group” şirkətlərinin yeniyetmələr arasında ekoloji maarifləndirmənin aparılması məqsədilə həyata keçirdiyi “Eco-Ambassadors” layihəsi çərçivəsində baş tutub.
Aksiya çərçivəsində “McDonald's Azərbaycan”ın əməkdaşları və 1 saylı internat məktəbinin şagirdləri sahili zibildən və məişət tullantılarından təmizləmək üçün bir araya gəliblər. Bu tədbir, şirkətin gənclər arasında ekoloji mədəniyyətin formalaşdırılmasına yönəlmiş uzunmüddətli proqramı çərçivəsində atılan mühüm addımdır.
İlin sonunadək davam edəcək “Eco-Ambassadors” layihəsinin məqsədi yeniyetmələr arasında ekoloji maarifləndirmə aparmaq və onlara təbiətin mühafizəsi bacarıqlarını aşılamaqdır.
Belə ki, layihə çərçivəsində Bakı şəhərində və Bakıətrafı ərazilərdə müxtəlif tədbirlər, o cümlədən ekologiyaya dair maarifləndirici seminarlar, plastik tullantıların idarə olunması üçün konteynerlərin, eləcə də tinglik qutuların quraşdırılması, ağacəkmə və sahilin təmizlənməsi aksiyaları, gənclər tərəfindən kiçik ekoloji layihələrin işlənib hazırlanması həyata keçirilir.
Qeyd edək ki, ətraf mühitin mühafizəsi daim “McDonald's Azərbaycan” şirkətinin prioritet istiqamətləri sırasında olub. Bu, onun fəaliyyətinin bir çox aspektlərində öz əksini tapıb. Bura tullantıların minimuma endirilməsi üçün innovativ həllərin tətbiqi, plastikdən istifadənin azaldılması, daha ekoloji təmiz qablaşdırmaya, oyuncaq materiallarına və s. keçid daxildir. Bu yolla şirkət daha dayanıqlı biznesin inkişafına və planetimizin gələcək nəsillər üçün qorunub saxlanmasına töhfə vermiş olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 11 d. əvvəl
- 20 d. əvvəl
-
-
26 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 8 saat əvvəl
-
8 saat əvvəl
Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 9 saat əvvəl
-
11 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 11 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
12 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
14 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
Son Xəbərlər

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub

Rəsmi məzənnələr açıqlandı

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - Uçotda olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
