"Orta hesabla bir qayığı 15 günə düzəldirəm. Hər biri 2000-2500 manat civarındadır"
Alüminiumdan balıqçı qayığı düzəldən usta - iri müəssisələr iş təklif etsə də, heç birini qəbul etməyibPeşəkar fotoqraf, daha sonra mahir qayıq ustası… Bəli, bir-biri ilə əlaqəsi olmayan bu sahələr uzun illərdir Lənkəranın Sütəmurdov kənd sakini İltifat Quliyevin həyat fəaliyyətinin əsasını təşkil edir.
İllər öncə balıqçılıq təsərrüfatı quran İltifat Quliyev birinci peşəsindən uzaqlaşıb. Elə o vaxtdan istifadəsində olan qayıqlarını təmir etməsi onu bu sahənin peşəkarına çevirib. Onun sözlərinə görə, hazırda ölkəmizdə alüminiumdan balıqçı qayıqları düzəldən yeganə ustadır.
“Qayıqlarımı özüm hazırlayırdım. Zamanla qonşu balıqçılıq təsərrüfatının qayıqlarını da düzəltməyə başladım. Ardınca digər qonşular müraciət etdilər. Beləcə, bu işdə peşəkar ustaya çevrildim. Bu işi öyrənmək çox çətindir. Yanımda neçə-neçə köməkçi və şagird olub, amma heç biri bu sənəti öyrənə bilməyib. Fizika və həndəsəni yaxşı bilmək lazımdır, çünki iş zamanı lazım olur. Çünki qayıq düzəldəndə müəyyən ölçüləri dəqiqliklə gözləməlisən. Əks halda, qayığın suda hərəkəti çətinləşə və hətta qəza ilə nəticələnə bilər”, - deyə qayıq ustası bildirir.
İltifat Quliyev ölkəmizdə öz peşəsi üzrə yeganə mütəxəssis kimi tanınır. Zavodlarda bir qrup mühəndisin istehsal edəcəyi bu su nəqliyyat vasitəsini o, təkbaşına cəmi iki həftə ərzində hazırlayır. Lənkəranlı ustanın bu unikal bacarığı artıq onu ölkənin hər yerində məşhurlaşdırıb.
“Alüminium qayıqlar taxta qayıqlara nisbətən daha davamlı və uzunömürlüdür. Həmçinin sürət baxımından da üstündür. Bu qayıqlar orta hesabla saatda 50-55 kilometr sürət yığa bilir. Orta hesabla bir qayığı 15 günə düzəldirəm. Hər biri 2000-2500 manat civarındadır. Onu da deyim ki, qayıq düzəltməkdə ən bahalı material alüminium hissələri bir-birinə bağlayan bərkidici mıxlardır. Bu mıxlar əsasən hərbi aviasiyada istifadə olunur və ölkəmizə xaricdən idxal edilir”, - deyə usta vurğulayır.
Hazırda Cənub bölgəsində Xəzər dənizində üzən demək olar ki, bütün bu tip qayıqlar İltifat Quliyevin zəhməti ilə ərsəyə gəlib. Ölkə daxilində fəaliyyət göstərən bir neçə iri müəssisələr ustaya bacarığına görə iş təklif etsə də, o, öz peşəsi üzrə mütəxəssisə daha çox ehtiyac olduğunu nəzərə alaraq bu təklifləri qəbul etməyib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 3 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
8 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
8 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
























