ADB dəmir yollarının rəqəmsallaşdırılması üçün Azərbaycana 47 milyon ABŞ dolları ayırır
Asiya İnkişaf Bankı (ADB) “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəqəmsal transformasiya layihəsinin həyata keçirilməsi üçün Azərbaycana 47 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiqləyib.
Bankın yaydığı məlumata görə, kredit vəsaitləri Azərbaycana dəmir yolu sisteminin rəqəmsallaşdırılmasına, ölkənin dəmir yolu şəbəkələrinin təhlükəsizliyinin, etibarlılığının və səmərəliliyinin artırılmasına kömək edəcək.
Layihə, həmçinin ADY-nin əsas proseslərinin, o cümlədən dəmir yolu nəqliyyatının idarə edilməsi, aktivlər, investisiya planlaşdırması və idarə edilməsi, eləcə də müştəri məlumatlarının emalı sisteminin və korporativ funksiyaların rəqəmsallaşdırılmasını dəstəkləməyə yönəlib.
“Modernləşdirilmiş və rəqəmsal dəmir yolu sistemi Şərqi və Mərkəzi Asiya iqtisadiyyatlarını Qafqaz və Avropa ilə əlaqələndirməkdə Azərbaycanın əsas rolunu dəstəkləyəcək. Biz Azərbaycana ticarət və əlaqə mərkəzi kimi güclü potensialını maksimum dərəcədə artırmağa kömək edəcək bu təşəbbüsü dəstəkləməkdən məmnunuq”, - ADB-nin Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov bildirib.
ADB hesab edir ki, rəqəmsallaşdırma əməliyyat səmərəliliyinin, rəqabət qabiliyyətinin artırılması və Azərbaycanın regional tranzit dəhlizlərindəki rolundan tam istifadə edilməsi üçün həlledici əhəmiyyət kəsb edir. Bu, həmçinin optimallaşdırılmış məlumat idarəetməsi, aktivlərin idarə edilməsi və ümumi dəmir yolu əməliyyatları hesabına ADY-nin əməliyyat və maliyyə göstəricilərini yaxşılaşdıracaq.
Xatırladaq ki, Azərbaycan 1999-cu ildə ADB-ə qoşulandan sonra bank nəqliyyat, enerji, səhiyyə və kənd təsərrüfatı kimi sektorlarda suveren və özəl layihələri dəstəkləmək üçün 5 milyard ABŞ dollarından çox vəsait ayırıb. 1966-cı ildə yaranmış Bankın üzvlüyünə 49-u regiondan olmaqla 68 ölkə daxildir.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
2 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
2 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
2 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
Ən çox oxunanlar
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır




















