Türkiyə Somalidə neft və qaz axtaracaq
Oktyabr ayının sonuna doğru Somali sahillərində olması planlaşdırılan Oruç Reis Araşdırma Gəmisi, lisenziyalı 3 dəniz yurisdiksiyasında neft və təbii qaz üçün seysmik tədqiqatlar aparacaq.Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyindən verilən açıqlamaya görə, Prezident Rəcəb Tayyib Ərdoğan şənbə günü İstanbul boğazından keçəcək Oruç Reis gəmisini Somaliyə yola salacaq. Vida mərasimində enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar da iştirak edəcək.
Marja xəbər verir ki, Oruç Reis Aralıq dənizi, Süveyş kanalı və Qırmızı dəniz yolu ilə Somali sahillərinə çatacaq. Oktyabr ayının sonuna doğru Somali sahillərində olması planlaşdırılan gəmi, lisenziyalı 3 dəniz yurisdiksiyasında neft və təbii qaz üçün seysmik işlər aparacaq.
Təxminən 7 ay davam etməsi gözlənilən fəaliyyət zamanı Oruç Reis həm təbii qaz, həm də neft üçün məlumat toplayacaq. Toplanan məlumatlar Ankarada təhlil ediləcək və nəticələrdən asılı olaraq müəyyən edilmiş yerlərdə qazma əməliyyatlarına başlanacaq.
Açıqlamada fikirlərinə yer verilən nazir Bayraktar, "Türkiye Petrolleri"nin (TPAO) Somalidə 15 min kvadrat kilometrlik dəniz sahəsində kəşfiyyat lisenziyası olduğunu qeyd edərək, "Bu çərçivədə kəşfiyyatın ilk addımı seysmik fəaliyyətdir. Oruç Rəisin təyin olunmuş dəniz yurisdiksiyasında daha əvvəl heç vaxt edilməmiş 3D seysmik araşdırma aparacağını gözləyirik. Oruç Reisin çalışacağı ərazinin neft əlamətləri olan ərazi olduğunu proqnozlaşdırırıq", -deyib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 22 d. əvvəl
-
- 28 d. əvvəl
- 37 d. əvvəl
-
48 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 53 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb







.jpg)





.jpg)











.jpg)
