Azərbaycanda yığılan avtomobillərin sayı kəskin artıb
2024-сü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 3623 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1513 ədəd (+71,7%) çox minik avtomobili istehsal olunub.
Marja.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 01.10.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 590 ədəd təşkil edib.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 14,8 faiz azalaraq 461 ədəd təşkil edib. 01.10.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 11 ədəd olub.
Yük avtomobillərinin istehsalı isə 0,8% artaraq 394 ədəd təşkil edib. 01.10.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 47 ədəd olub.
Qeyd edək ki, 2023-сü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2110 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 600 ədəd çox minik avtomobili istehsal edilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
21 d. əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
- 33 d. əvvəl
-
39 d. əvvəl
“Regional” BOKT-un 1 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
-
2 saat əvvəl
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
BakıKart artıq ABB mobile-da!
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
Ən çox oxunanlar
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
Avropa İttifaqında 150 avroyadək dəyəri olan bağlamalar üçün gömrük rüsumları qüvvəyə minib
Azərbaycanda son altı ildə dövlət satınalmalarının dəyəri 10,8 milyard manata yüksəlib
Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır


























