Biznes mühiti ilə bağlı sahibkarların və maraqlı tərəflərin məlumatlılıq səviyyəsinin artırılması müzakirə olunub
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyi, müvafiq işçi qrupların rəhbərləri və səlahiyyətli şəxslərin iştirakı ilə “Bakı KOB evi”ndə genişləndirilmiş iclas keçirilib.
İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi və digər dövlət qurumlarının nümayəndələri iştirak edib.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, tədbirin əsas mövzuları Dünya Bankı Qrupunun yeni nəşr olunan “Business Ready 2024” hesabatının metodologiyası və göstəricilərinin müzakirəsi, bu sahədə ölkəmizdə tətbiq olunan iqtisadi islahatların geniş kommunikasiyası və təbliğatı üzrə qarşıda duran prioritetlərin müəyyən edilməsidir.
İclasda qeyd olunub ki, Dünya Bankı Qrupu 2024-cü il 3 oktyabr tarixində “Business Ready 2024” hesabatını yayımlayıb. Hesabata əsasən 50 ölkənin biznes mühiti üzrə performans göstəriciləri müxtəlif alt-indikatorlar əsasında 5 kateqoriya üzrə geniş qiymətləndirilib. Dünya Bankı Qrupundan verilən məlumata əsasən, Azərbaycanın da daxil olacağı və növbəti ilin sentyabrında yayımlanacaq “Business Ready 2025” hesabatının tərtibi üzrə hazırlıqlara (respondentlərin müəyyən edilməsi, sorğuların cavablandırılması və s.) artıq başlanılıb.
Tədbirdə çıxış edənlər yeni “Business Ready 2024” hesabatının metodologiyası və göstəricilərinin spesifik xüsusiyyətləri barədə məlumat veriblər. Qeyd olunub ki, Dünya Bankı Qrupu tərəfindən 2022-ci ildən anonsu verilən “Business Ready” layihəsi ilə bağlı aparılan işlər diqqətlə izlənib, paralel olaraq Komissiya çərçivəsində aidiyyəti dövlət qurumları tərəfindən hazırlıq işləri (diaqnostika, məlumatlandırma, yeni islahat təşəbbüslərin irəli sürülməsi və s.) davam etdirilib.
Genişləndirilmiş iclasda bildirilib ki, yeni hesabatın mövzularının spesifik xüsusiyyətlərindən irəli gələrək intensiv şəkildə hədəf qrupları (aparıcı konsaltinq və hüquq şirkətləri, sahibkarlar, ekspertlər və s.) ilə kommunikasiya və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, dövlət xidmətləri, o cümlədən elektron və rəqəmsal xidmətlər barədə sahibkarların və maraqlı tərəflərin məlumatlılıq səviyyəsinin artırılması və məlumatlara əlçatanlıq imkanlarının daha da genişləndirilməsi qarşıda duran əsas prioritetlərdəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 3 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
8 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
8 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb























