Azərbaycan əcnəbilərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı tam rəqəmsal xidmət təqdim edir
İnnоvаsiya və Rəqəmsal İnkişaf Agentliyi "digital.azerbaijan" brendi altında ölkədə rəqəmsallaşmanın genişlənməsini və müxtəlif dövlət qurumları tərəfindən təqdim olunan rəqəmsal xidmətlərin istifadəsini təşviq etməyə davam edir. Bu xidmətlər və təşəbbüslər ölkədə rəqəmsal keçidin sürətlənməsinə və vətəndaşların, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət xidmətlərindən rahat və rəqəmsal formada yararlanmasına dəstək verir.
Agentliyin yaydığı məlumatda bildirilir ki, Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim olunan növbəti belə xidmət vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyat prosesini tam rəqəmsal formada həyata keçirirlər. Bu xidmətdən istifadə etməklə əcnəbilər ölkəyə gəlişləri zamanı heç bir fiziki məkana getmədən onlayn şəkildə olduqları yer üzrə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün əcnəbi ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində (Qazaxıstan Respublikasının vətəndaşları 30 gün ərzində) Dövlət Miqrasiya Xidmətinin elektron portalına daxil olaraq müraciət etməlidir. Belə ki, https://e-regv2.migration.gov.az/Unregistered/Application linkinə keçid etməklə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ad, soyad, sərhədkeçmə sənədi, qeydiyyat ünvanı və qəbul edən tərəf barədə məlumatları qeyd edərək asan qaydada olduğu yer üzrə qeydiyyata alına bilərlər.
Qeydiyyat prosesi zamanı yaranan suallar Xidmətin 24 saat 3 dildə fəaliyyət göstərən 919-Çağrı mərkəzi tərəfindən operativ şəkildə cavablandırılır.
Qeyd edilib ki, Azərbaycan Respublikasında 15 gündən artıq (Qazaxıstan Respublikasının vətəndaşları 30 gündən artıq) müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində Miqrasiya Məcəlləsinin 21.2–21.5-ci maddələrində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur.
Bu rəqəmsal yanaşma, həm əcnəbilər üçün, həm də dövlət qurumları üçün prosesləri sadələşdirir, vaxt və resurslara qənaət etməklə daha səmərəli xidmət göstərilməsinə imkan yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 22 saat sonra
-
- 8 d. əvvəl
-
18 d. əvvəl
Yaşıl Kart Sistemi çərçivəsində yüksək məbləğdə sığorta ödənişi həyata keçirilib
-
47 d. əvvəl
NooshCard, şirkətinizə vergi qənaəti qazandıran rəqəmsal yanaşma!
-
55 d. əvvəl
“Microsoft” şirkəti “SOCAR Hackathon 2025” tədbirinə rəsmi tərəfdaş kimi qoşulur
- 57 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı 2025-ci ildə sonuncu faiz qərarını açıqlayacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Apple-da son illərin ən böyük istefaları baş verir - İstedadlı şəxslər Şirkətdən ayrılırlar
-
2 saat əvvəl
Tramp, "Netflix"in "Warner Bros"u satın alması ilə bağlı qərara daxil olacağını bildirib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İllik 15%-lik yüksək gəlir əldə etmək imkanı ®
Dövlət büdcəsində 4,2 milyard manat artıqlıq yaranıb
Apple-da son illərin ən böyük istefaları baş verir - İstedadlı şəxslər Şirkətdən ayrılırlar
Tramp, "Netflix"in "Warner Bros"u satın alması ilə bağlı qərara daxil olacağını bildirib
Ən çox oxunanlar
Çin qızıl ehtiyatlarını fasiləsiz 13 aydır artırır
SOCAR və “Uzbekneftegaz”ın birgə layihəyə başladı - Daşkənddə mərasim keçirilib, Mirziyoyev də iştirak edib
12, 36 və 146 nömrəli marşrutlarda avtobuslar yenilənir
Birjadan Finca istiqrazları barədə qərar
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub















.jpg)












