“PAŞA Bank” “SIBOS 2024” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir
Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" 21 oktyabr 2024-cü il tarixində başlayan "SIBOS 2024" Bankçılıq Konfransında iştirak edir.
24 oktyabra qədər davam edəcək bu tədbir, beynəlxalq maliyyə icması üçün xüsusi önəm daşıyır və hər il dünyanın aparıcı maliyyə təşkilatlarını, fintexləri və müstəqil ekspertləri bir araya gətirərək məhsuldar müzakirələr və əməkdaşlıq imkanlarını təqdim edir.
"SIBOS" Bankçılıq Konfransında "Maliyyənin gələcəyinin əlqələndirilməsi" mövzusu çərçivəsində dünya bank sektorundakı yeni trendlər, çağırışlar və onların həlli yolları müzakirə olunacaq. Həmçinin, müasir bankçılıq trendləri, risklərin idarə edilməsi və rəqəmsal transformasiya kimi mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
“PAŞA Bank"ın İdarə heyətinin üzvü və baş maliyyə inzibatçısı, Murad Süleymanov, tədbirin müstəsna əhəmiyyətini qeyd edərək, bu platformanın bankçılıq və maliyyə sektoru icmasının ödənişlər, qiymətli kağızlar, pul vəsaitlərinin idarə edilməsi və ticarət sahələrində müzakirələri və əməkdaşlığı, qlobal tendensiyaların nəzərdən keçirilməsi üçün mühüm bir məkan olduğunu bildirib.
“SIBOS yalnız müzakirə müstəvisi deyil, eyni zamanda innovasiyaların və əməkdaşlığın təşviq edildiyi əhəmiyyətli bir platformadır. Konfransda əldə olunan təcrübələr və əlaqələr bankın strateji inkişafına töhfə verir, eləcə də müştəri xidmətlərinin inkişafına dəstək göstərir. "PAŞA Bank"ın beynəlxalq maliyyə ictimaiyyətindəki mövqeyini gücləndirmək məqsədilə bu cür tədbirlərdə iştirakı vacibdir. Bu, yeni texnologiyaların və trendlərin bankçılıq sahəsinə inteqrasiyası, bankın müasir rəqabət mühitində daha çevik və innovativ olmasında əhəmiyyətli rol oynayır,” deyə, Süleymanov qeyd edib.
"PAŞA Bank", Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT) tərəfindən təşkil olunan "SIBOS" Bankçılıq Konfransına 15-ci dəfə qatılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 21 saat sonra
- 3 saat əvvəl
-
- 20 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
23 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 23 saat əvvəl
-
23 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)




.jpg)

