İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də “MAN Truck&Bus” şirkətinin baş direktoru Aleksandr Vlaskampı qəbul edib.
Marja xəbər verir ki, COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı təbriklərini çatdıran qonaq bunun çox önəmli bir tədbir olduğunu vurğulayıb.
Aleksandr Vlaskamp COP29-da nəqliyyat sahəsinin də mühüm amil olduğunu deyərək, bu istiqamətdə Azərbaycanla əməkdaşlığın önəminə toxuub.
Dövlətimizin başçısı qeyd edib ki, COP29-a hazırlıq işləri artıq son mərhələdədir. Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmizdə bu işlərə bir ildən də az vaxt olmasına baxmayaraq, Azərbaycan COP29-un yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəmir. Dövlətimizin başçısı COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı 198 ölkənin yekdil dəstəyini yüksək qiymətləndirərək bu cür tədbirin regionda birinci dəfə ölkəmizdə təşkil edilməsinin böyük önəm daşıdığını qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanda yaşıl və bərpaolunan enerjiyə keçid istiqamətində böyük işlərin görüldüyünü və artıq bir sıra mühüm layihələrin reallaşdırıldığını bildirib.
Dövlətimizin başçısı ölkəmizdə nəqliyyat sisteminin də səmərəli fəaliyyəti üçün tədbirlər görüldüyünü deyib və bu baxımdan “MAN Truck&Bus” şirkəti ilə əməkdaşlığın əhəmiyyətinə toxunub.
Görüşdə ölkəmizlə “MAN Truck&Bus” şirkəti arasında potensial əməkdaşlıq imkanları ilə bağlı müzakirələrin aparılmasından məmnunluq ifadə edilib, şirkətin Azərbaycanda fəaliyyətinə dair fikir mübadiləsi aparılıb. Bu şirkətin istehsalı olan çox sayda texnikanın ölkəmizdə istifadə edildiyi bildirilib. Azərbaycanın artan sosial-iqtisadi potensialı və ehtiyacları nəzərə alınaraq şirkətin məhsullarının alınması ilə yanaşı, ölkəmizdə yerli istehsal imkanları da müzakirə olunub və bunun üçün vahid işçi qrupu çərçivəsində araşdırmaların həyata keçirilməsi barədə razılıq əldə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























