Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard öz çıxışında bildirib ki, AMB-nin əsas faiz dərəcələrinin istiqaməti artıq bəllidir, lakin, tənzimləyici qurum monetar siyasətin yumşaldılmasının sürətini hələ müəyyənləşdirməyib. Onun sözlərinə görə, Avrozonada inflyasiyanın zəifləməsi prosesi davam edir və istehlak qiymətlərinin dinamikası ilə bağlı son məlumatlar “kifayət qədər ümidvericidir”. Laqard faiz dərəcələrinin birbaşa olaraq 50 baza bəndi azaldılması ehtimalını da istisna etməyib.
Xatırlamaq lazımdır ki, AMB oktyabr ayında hər üç əsas faiz dərəcəsini 25 baza bəndi azaldıb və "inflyasiya prosesinin gözlənildiyi kimi davam etdiyini" qeyd edib. Oktyabr iclasından sonra keçirilən mətbuat konfransında Laqard, Avrozonada inflyasiyanın əvvəlcədən düşünüldüyü kimi gələn ilin sonuna qədər deyil, 2025-ci il ərzində 2%-lik hədəfinə qayıdacağını söylədi.
Beynəlxalq birjalarda dollar major valyutalar qarşısında bahalaşmağa davam edir. USDJPY valyuta cütlüyü isə artıq 152.000 həddinin üzərinə qalxıb. Qeyd etmək lazımdır ki, son dəfə cütlük qeyd olunan səviyyədə iyul ayının sonunda ticarət olunurdu.
Qızıl da artım tendensiyasını davam etdirir. Dəyərli metalın spot qiyməti 2750$ səviyyəsində yeni tarixi rekord həddi müəyyənləşdirib. “Wall Street”-in əsas fond indeksləri isə çərşənbə axşamı günü ABŞ dövlət qiymətli kağızlarının yüksələn gəlirlərinin fonunda enir.
Bugün investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdəb biri Kanada Bankının faiz qərarıdır. Həmçinin, bazar iştirakçıları Bakı vaxtı ilə saat 18:00-da ABŞ-da təkrar daşınmaz əmlak bazarına dair dərc olunacaq məlumatları maraqla gözləyirlər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz






















