“İcbari Sığorta Bürosu” 3 nüfuzlu beynəlxalq mükafata layiq görülüb
“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) Böyük Britaniyada keçirilmiş “Global Insurtech Awards” Mükafatlandırma Proqramında 3 kateqoriya üzrə mükafata layiq görülüb.
Büronun yaydığı məlumatda bildirilir ki, fəaliyyətində innovativ texnologiyaların tətbiqinə daim önəm verən İSB İT layihələri, innovativ yanaşmalar və müştəri məmnuniyyətinə verdiyi töhfələr sayəsində uğur qazanıb.
Müştərilərlə əlaqələrin effektiv idarə olunması və onlara təqdim edilən xidmətlərin keyfiyyətinin artırılması nominasiyasında İSB-nin informasiya sistemi birincilik əldə edərək “Best Customer Engagement Software” mükafatına layiq görülüb.
“Best Embedded Insurance Provider” mükafatı üzrə ikincilik İSB-nin inteqrasiya olunmuş sığorta mexanizminin sektor üzrə yaratdığı yeniliklər və yüksək effektivlik nəzərə alınaraq verilib.
Daha bir nominasiya – “Insurtech of the Year” mükafatı üzrə ikincilik İSB-nin yeni texnologiya və proseslərin inkişafına verdiyi töhfələrə görə təqdim olunub.
Məlumat üçün bildirək ki, “Global Insurtech Awards” – dünya üzrə “insurtech” (sığorta texnologiyaları) sahəsində qabaqcıl yenilikləri və texnoloji həlləri tanıtmaq məqsədilə keçirilən mükafatlandırma proqramıdır. Böyük Britaniyada hər il keçirilən proqram çərçivəsində sığorta sahəsində innovativ həllərə imza atan qurumların (bürolar, şirkətlər, startaplar) texnoloji nailiyyətləri qiymətləndirilir. İSB-nin bu proqram çərçivəsində qazandığı uğurlar ölkəmizin sığorta sisteminin beynəlxalq səviyyədə tanınmasına, Azərbaycanın sığorta sektorundakı texnoloji yeniliklərinin dünya miqyasında təbliğinə töhfələr verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)









.jpg)







