Rusiya kriptovalyutalar bazarını nəzarətə götürür
"Kriptovalyutaları maliyyə aktivi kimi tənzimləmək və ancaq Moskva birjasından ixtisaslaşmış mütəxəssislərin alıb-satmasına icazə vermək lazımdır".
"RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu təkliflə Rusiyanın maliyyə nazirinin müavini Aleksey Moiseyev çıxış edib.
"Belə bir fikir var ki, bitkoin kimi kriptovalyutalar maliyyə piramidasıdır. Bu mövqe ilə mübahisə etmək çətindir, belə aktivlərə investisiyalar risklidir. Bu səbədən prosesi tənzimləmək ehtiyacı yaranır. Kriptovalyutaları digər əmlak kimi tənzimləmək və aktivlər kimi təsnifatlaşdırmağı düşünürük. Həmçinin, kriptovalyutaların alqı-satqısını ixtisaslaşmış mütəxəssilərin həyata keçirməsini tövsiyə edirik", - deyə A.Moiseyev "Rossiya24" telekanalına müsahibəsində bildirib.
Qərarın səbəblərini Moiseyev alqı-satqı tərəflərinin hüquqlarının qorunması zərurəti ilə izah edib. Tərəflərdən birinin alqı-satqı zamanı öhdəliyini yerinə yetirməməsinin qarşısının alınması birjada təmin ediləcək. Hazırda tərəflərin heç bir hüquqi müdafiəsi yoxdur.
"Həmçinin, Qərbi Avropa və bizdə kriptovalyutalarla qanunsuz əməliyyatlar çoxalıb. Kapitalın yuyulması ilə mübarizə mexanizmləri kriptovalyuta sahəsində tam tətbiq edilməyib. Bu səbəbdən əməliyyatların birja üzərindən aparılması zərurəti yaranıb", - deyə nazir müavini qeyd edib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 13 d. əvvəl
-
-
17 d. əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 43 d. əvvəl
- 46 d. əvvəl
- 49 d. əvvəl
-
55 d. əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
1 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Düşmən yaxın günlərdə müharibəni dayandırmaq məcburiyyətində qalacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
“PAŞA Həyat Sığorta”da yeni təyinat
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb































