
Azərbaycan şirkəti, CISCO-nun MDB-dən olan tərəfdaşları arasında mükafat alan yeganə şirkət olub
Bestcomp Group - CISCO tərəfindən MEA regionunda "İlin informasiya təhlükəsizliyi üzrə tərəfdaşı" seçilib. Bestcomp Group-un Müşahidə Şurasının sədri Rauf Həsənov: "MDB ölkələrindən mükafata layiq görülən yeganə şirkət isə məhz biz olduq və nüfuzlu “Security Partner of the Year 2024” diplomu ilə təltif edildik".
28-30 oktyabr tarixlərində ABŞ-ın Los-Anceles şəhərində keçirilən CISCO Partner Summit tədbirində dünyanın aparıcı İKT şirkətlərindən 2000-dən çox nümayəndə iştirak edib.
Hər il təşkil olunan bu tədbirdə Azərbaycan şirkəti Bestcomp Group, CISCO-nun MDB ölkələrindən olan tərəfdaşları arasında yeganə mükafat alan şirkət olmuş, MEA (Yaxın Şərq və Afrika) regionu üzrə “Security Partner of the Year 2024” mükafatına layiq görülmüşdür.
Məşhur Qrəmmi muzeyində keçirilən təntənəli mükafatlandırma mərasimində Bestcomp Group-un Müşahidə Şurasının sədri Rauf Həsənov CISCO-nun MEA, Türkiyə, Rumıniya və MDB (CİS) ölkələri üzrə vitse-prezidenti David Meads, tərəfdaşlarla işin təşkili direktoru Ossama Eldiib və TRC ölkələri üzrə idarəedici direktor Didem Duru tərəfindən "Security Partner of the Year 2024" diplomu ilə təltif edilib.
Mərasim zamanı vurğulanın ki, "Bestcomp Group" bu yüksək mükafata CISCO-nun 2024-cü maliyyə ili nəticələrinə əsasən, dövlət və özəl sektorda genişmiqyaslı layihələrin uğurlu icrasına görə layiq görülüb.
Rauf Həsənovun sözlərinə görə, dünya İKT sənayesinin liderlərindən olan CISCO şirkəti tərəfindən ABŞ-da Bestcomp Group-a təqdim olunan “Security Partner of the Year 2024” mükafatı, şirkətin 30 illiyi ərəfəsində əhəmiyyətli pozitiv hadisədir.
R. Həsənov vurğulayıb ki, tədbirə yalnız CISCO-nun iş birliyi olduğu şirkətlərin ümumi sayının 2%-ni təşkil edən ən qabaqcıl tərəfdaşlar dəvət edilib və onlardan çox az hissəsi mükafatlandırılıb: "MDB ölkələrindən mükafata layiq görülən yeganə şirkət isə məhz biz olduq və nüfuzlu “Security Partner of the Year 2024” diplomu ilə təltif edildik".
Azərbaycanda dövlət və özəl qurumlar genişmiqyaslı rəqəmsal transformasiya işləri həyata keçirir və bu sahədə CISCO ən uğurlu həllər təklif edən şirkətlərdən biridir. Qlobal standartlara cavab verən İKT həllərinin yaradılmasında dərin bilik və təcrübəyə malik Bestcomp Group, 30 illik fəaliyyəti ərzində istənilən səviyyəli təşkilat və qurumlar üçün etibarlı və yüksək səmərəli tərəfdaş nüfuzunu qazanmışdır. CISCO və digər dünya səviyyəli İKT liderləri ilə strateji əməkdaşlıq sayəsində şirkət, Azərbaycanda və onun hüdudlarından kənarda iqtisadiyyatın müxtəlif sektorlarında rəqəmsal transformasiya prosesində fəal iştirak edir və qabaqcıl, təhlükəsiz və dayanıqlı İKT həllər təqdim edir. Şübhəsiz ki, ölkəmizdə informasiya texnologiyaları sahəsində baş verən əhəmiyyətli və pozitiv dəyişikliklər bu nailiyyətlərin əldə olunmasında mühüm rol oynamışdır. Bu uğurların reallaşmasında bizə etibar edən bütün dövlət və özəl sektor tərəfdaşlarımıza, eləcə də sifarişçilərimizə səmimi təşəkkürümü bildirirəm.
Müştərilərin xəbərləri

ABB-İnvest və Bank of Baku-dan yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 5 gün sonra
-
4 saat əvvəl
İtaliya ilə iqtisadi əməkdaşlığn genişləndirilməsi müzakirə olunub
-
-
4 saat əvvəl
“Coca-Cola” Fondunun dəstəyi ilə Mərzəndiyə kəndinə su çəkilib
-
5 saat əvvəl
İclas keçiriləcək, "NORM" şirkətinin strateji layihələrinə dair müzakirələr aparılacaq
- 6 saat əvvəl
-
7 saat əvvəl
İri bankdan 40 milyon manatlıq istiqraz - ZƏNG ÇALINDI, ABUNƏ YAZILIŞI BAŞLADI
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nepalda sosial media qadağası ilə bağlı etirazlarda azı 14 nəfər ölüb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı Fond Birjasında "Bank of Baku"nun istiqrazlarının “Açılış Zəngi” keçirilib
- 8 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İtaliya ilə iqtisadi əməkdaşlığn genişləndirilməsi müzakirə olunub

“Coca-Cola” Fondunun dəstəyi ilə Mərzəndiyə kəndinə su çəkilib

ABB-İnvest və Bank of Baku-dan yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
Ən çox oxunanlar

Başlamasına artıq sayılı günlər qaldı

İllik gəlirliliyi 11,5% olan istiqrazlara abunə yazılıı başlayır

Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirildi

ADY-də ABŞ-nin biznes nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb

AZAL Maldiv adalarına uçuşları bərpa edir

Birjalarda son vəziyyət
