Şəhid övladlarının iştirakı ilə “Zəfər körpüsü” layihəsi həyata keçirilib
44 nəfər şəhid övladını əhatə edən layihə çərçivəsində I və II Qarabağ müharibəsi şəhidlərinin övladları bir araya gətirilib(®) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Rabitəbank” ASC-nin birgə təşkilatçılığı ilə Zəfər günü ərəfəsində şəhid övladlarının iştirakı ilə “Zəfər körpüsü” layihəsi həyata keçirilib.
44 nəfər şəhid övladını əhatə edən layihənin məqsədi ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhid övladlarına mənəvi dəstək göstərmək, onlara cəmiyyətin diqqət və qayğısını hiss etdirmək, motivasiyasını artırmaq, uğurlu kadr kimi inkişaf etmələrini stimullaşdırmaqdır.
Layihə çərçivəsində I və II Qarabağ müharibəsi şəhidlərinin övladları bir araya gətirilərək onların arasında münasibətin qurulması ilə Vətən müharibəsi şəhidlərinin övladlarının sosial adaptasiyasına dəstək göstərilməsinə şərait yaradılıb.
Layihə ilə bağlı keçirilən tədbirdə Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev, Rabitəbank ASC-nin İdarə Heyəti sədrinin birinci müavini Orhan Gültekin, millət vəkili Sevinc Hüseynova, YAŞAT Fondunun müdir müavini Rəbiyyə Cəfərova, Nazirlik yanında İctimai Şuranın sədri Elşad Məmmədov və digər qonaqlar iştirak edib.
Tədbirdə çıxış edən Sadiq Əliyev şəhidlərimizin, qəhrəman Vətən övladlarının əziz xatirələrinin daim ehtiramla yad edildiyini, onların əmanətlərinə, övladlarına daim xüsusi diqqətin və dəstəyin vacibliyini diqqətə çatdırıb. Vurğulayıb ki, layihə uşaqların intellektual inkişafı, yeni biliklər və bacarıqlar əldə etmələri üçün faydalı olacaq.
Rabitəbank ASC-nin İdarə Heyəti sədrinin birinci müavini Orhan Gültekin öz çıxışında qeyd edib ki, "Rabitəbank" ASC, Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş şəxslərin ailələrinə dəstək olmağı özünün korporativ sosial məsuliyyət strategiyasının əsas prioritetlərindən biri olaraq müəyyən edib. Bu çərçivədə, tərəfimizdən müxtəlif istiqamətli yardımlar, təhsil və iş imkanları yaradılması, eyni zamanda sosial layihələrdə iştirak edilməsi kimi fəaliyyətlər reallaşdırılıb. Bununla yanaşı, o öz çıxışında, cəmiyyətin hər bir fərdinin bu işdə rolunu vurğulayaraq, hər kəsi bu istiqamətdə daha fəal olmağa çağırıb.
Digər çıxış edən qonaqlar da şəhid ailələrinə və onların övladlarına dövlət tərəfindən daim xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb, belə layihələrinin icrasını yüksək qiymətləndiriblər.
Daha sonra tədbir “İnkişaf və imkanlar” mövzusunda panel müzakirə ilə davam edib. “Yüksəliş” müsabiqəsinin qaliblərindən ibarət spikerlər mövzu ilə bağlı sualları cavablandırıblar, öz təcrübələrini bölüşüblər.
Həmçinin komanda müzakirələri, “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib, şəhid övladlarına müxtəlif hədiyyələr təqdim edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
5 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
7 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı


















.jpg)



