Azərbaycanda regionların kreditləşməsi 20% azalıb
Azərbaycanda regionların kreditləşməsi illik 19,8% azalaraq cari ilin iyulun 1-nə 2 milyard 194 milyon manat təşkil edib.
Ölkə üzrə cəmi kredit qoyuluşunun 15,8%-i regionların payına düşüb.
Bu barədə Azərbaycan Mərkəzi Bankın (AMB) statistikasından məlum olur.
Regionlara kredit qoyuluşunun həcmində azalma olsa da, regionların kreditləşməsinin cəmi kreditlərdə xüsusi çəkisi əksinə, 0,95 faiz bəndi artıb. Hesabata əsasən, regionlar üzrə ən çox kredit qoyuluşu Aran iqtisadi rayonunda (542 mln. manat) qeydə alınıb.
Ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşunun 11 milyard 688 milyon manat və ya 84,2%-i Bakı şəhərini əhatə edib. Ölkədə kreditlər üzrə orta faiz dərəcəsi 11,3% təşkil etdiyi halda, Bakı şəhərində 9,9% olub. Regionlarda isə orta faiz 9%-21,9% arasında dəyişib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 10 saat əvvəl
-
11 saat əvvəl
Lizinq şirkəti zəmanətsiz istiqrazlarını alana illik 15 faiz ödəyəcəyini vəd edir
-
11 saat əvvəl
Tekstil müəssisəsinin qurulması və 400-dən çox iş yerinin yaradılması hədəflənir
-
12 saat əvvəl
"Legion Financial” şirkətinin səhmləri birjada listinqə daxil edilib
-
12 saat əvvəl
ADY sədri Rövşən Rüstəmov Çində Orta Dəhliz və Azərbaycanın bu dəhlizdəki mühüm rolunu müzakirə edib
-
12 saat əvvəl
İlin sonuna kimi Türkiyədə dolların dəyəri 38 lirəyə çata bilər
-
12 saat əvvəl
"İnvest-AZ İnvestisiya Şirkəti"nin xalis gəliri 2,6 dəfə artıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl