Hövsan Sağlamlıq Mərkəzi istifadəyə verilib
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində Hövsan Sağlamlıq Mərkəzinin (Mərkəz) açılışı olub.
Açılış mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcraçı direktorun müşaviri Elnur Qurbanov, İnnovasiya və Təchizat Mərkəzinin direktoru Nurlan Quliyev, Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov və Mərkəzin Baş həkimi iştirak ediblər.
TƏBİB-in yaydığı məlumatda bildirilir ki, müəssisə barədə məlumat verən Elçin Əmirov bildirib ki, son dövrlərdə ilkin səhiyyə xidmətinin Bakı şəhərində inkişaf etdirilməsi nəticəsində hər bir ailəyə tam əhatəli, bir mərkəzdən və keyfiyyətli xidmətin göstərilməsinin təmin edilməsində keyfiyyət baxımından yeni mərhələnin əsası qoyulub. Bu proses uşaq, şəhər poliklinikalarının, qadın məsləhətxanalarının, diaqnostik və ixtisaslı ambulator tibbi xidmətlərin bir mərkəzdən təşkilinə imkan verir.
Bu istiqamətdə pilot inteqrasiya modelinə uyğun olaraq, Hövsan qəsəbəsində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən tikilmiş və Bakı Baş Səhiyyə Mərkəzinin balansına verilmiş binada ilkin səhiyyə xidmətləri təşkil edilərək Mərkəz istifadəyə verilib.
Hövsan Sağlamlıq Mərkəzi yaxın günlərdə fəaliyyətə başlayacaq.
Mərkəz ərazidə fəaliyyət göstərən 23 saylı şəhər və 16 saylı uşaq poliklinikalarının işinə dəstək olmaqla yanaşı, artan əhali sayına uyğun olaraq tam tibbi xidmətin göstərilməsinə şərait yaradacaq.
Məlumat verilib ki, 60 000-dən çox əhaliyə xidmət göstərmək imkanına malik olan tibb müəssisəsi müasir avadanlıqlarla təchiz edilib. Hövsan Sağlamlıq Mərkəzində ümumilikdə 270 nəfər personal çalışacaq. Mərkəzdə İlkin səhiyyə xidməti, İxtisaslı ambulator tibbi xidmət, Diaqnostik tibbi xidmət, Fizioterapiya və Tibbi bərpa şöbələri fəaliyyət göstərəcək.
Mərkəzin binası 1 zirzəmi və 3 mərtəbədən ibarətdir. Tam təmir olunmuş binanın kamera nəzarət sistemi, mərkəzi istilik sistemi, mərkəzi havalandırma sistemi, yanğından mühafizə sistemi, mərkəzi server sistemi, mərkəzi sterilizasiya sistemi mövcuddur. Həmçinin burada ayrıca transformator və lift quraşdırılıb.
Ümumi tikinti sahəsi 1745,43 m2, ümumi sahəsi 5886,48 m2 olan binanın geniş həyətyanı yaşıllıq zonası və 50 avtomobil üçün nəzərdə tutulmuş dayanacağı da mövcuddur.
Mərkəz Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, MİDA yaşayış kompleksi, Qələbə küçəsi 7 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 13 saat əvvəl
-
1 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 3 gün əvvəl
-
3 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
“Günaydın” restoranı yeni filialını açır
“Pizza Mizza”nın “28 May” filialı açılıb
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
“Qarabağ Tekstil Evi” istifadəyə verildi - Yataq dəsti, çarpayı və divan örtüyü, dəsmal və digər məhsullar istehsal edir
İş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb







.jpg)


.jpg)










.jpg)

