Çinli smartfon istehsalçılarının hədəfi Avropanın “premium”udur
Realme, Oppo və Honor kimi Çinli smartfon istehsalçıları Avropada Samsung və Apple-a daha “premium” telefonlar ilə meydan oxumağı hədəfləyirlər.
Çinin smartfon istehsalçıları Avropada daha güclü mövqe əldə etmək və yüksək marja ilə premium cihazları satmaq üçün səylərini gücləndirirlər. Həmin istehsalçılardan biri də Realme-dir.
Marja.az xəbər verir ki, Şirkətin Avropadakı satışları 2020-ci ildən 2023-cü ilə qədər 275 faiz artıb. Realme-nin məqsədi 3-5 il ərzində hazırkı 4 faizlik bazar payını 10 faizə çatdırmaqdır.
Realme 2021-ci ildə 100 milyon qlobal telefon tədarükünə çatıb və buna nail olan ən sürətli şirkət olub. Ötən il bu rəqəm, 200 milyon tədarükə çatıb.
Şirkətin məhsul marketinq meneceri Francis Vonq, "Avropa bazarında uğur qazansaq, brendimiz böyük təkan yaşayacaq və bu, qlobal satışlarımıza müsbət təsir göstərəcək" deyib. Vonq bildirib ki, Avropa bazarında Apple və Samsung-a sadiq istehlakçıları özünə cəlb etmək Hindistandan daha baha başa gəlir.
Samsung və Apple hələ də Avropada üstünlük təşkil edir
Bununla belə, Çin istehsalçıları Avropa bazarında artımın daha yavaş olduğunu etiraf edirlər. Apple və Samsung hələ də Avropada, xüsusən də premium seqmentdə üstünlük təşkil edirlər. 2024-cü ilin ikinci rübündə 700 dollardan yuxarı telefon satışlarının 94 faizi bu iki markaya məxsusdur. Huawei əvvəllər Avropada bazar payını sürətlə artırsa da, 2020-ci ildə ABŞ-ın sanksiyaları və 5G şəbəkələrində istifadə edilən Huawei avadanlıqlarına qoyulan qadağa ilə bazardan çıxarılıb.
Çin istehsalçıları yeni texnologiyalar ilə Avropa bazarında yer qazanmağa davam edirlər.
Qatlana bilən telefonlar, qabaqcıl kameralar və super sürətli şarj cihazları kimi yeniliklər bazara yeni nəfəs gətirir. Honor, Qərbi Avropada qatlanan telefon satışında Samsung-u geridə qoyub. Şirkət Magic V3 modelini 2000 avroya yaxın qiymətə satışa təqdim etməklə seçilir.
Digər Çin istehsalçısı Oppo da Find X8 seriyasını Avropaya təqdim edərək premium seqmentdə geri qayıtdığını elan edib. Oppo Avropa bazarında uzunmüddətli investisiyalar yatırmağı hədəfləyir.
Xiaomi 2024-cü ilin üçüncü rübündə premium bazardakı payını 4,3 faizədək artıraraq əhəmiyyətli artım qeydə alıb. Bundan əlavə, Transsion kimi Çin istehsalçıları Şərqi Avropada orta səviyyəli satışları artırıblar.
Bununla belə, analitiklər bildirirlər ki, Çin istehsalçıları Avropa bazarındakı paylarını 4 faizdən yuxarı artırmaqda çətinlik çəkirlər və böyük idman tədbirləri kimi bahalı marketinq kampaniyalarına böyük sərmayələr qoyurlar.
Realme-nin bazar payı artımı Rusiyadakı satışlar sayəsində sürətlənib. Çünki Rusiyanın Ukraynanı işğalından sonra Samsung və Apple bu bazardan geri çəkilib və bu, digər istehsalçılar üçün mühüm fürsət oub.
IDC-nin analitiki Vill Vonq, "Bu brendlər Qərbi Avropada brend şüurunun yaradılması üçün çoxlu pul xərcləyirlər. Lakin onlar çox müsbət gəlirlər görmürlər" deyib.
Smartfon istehsalçıları iddia edirlər ki, Avropa kimi inkişaf etmiş bazarlardakı uğur Yaponiya, Avstraliya və ABŞ kimi digər yüksək səviyyəli bazarlara da fayda verə bilər və müvəffəqiyyət operatorları Çin telefonlarını bu bölgələrə satmağa inandıra bilər.
"Biz bu barədə uzunmüddətli düşünməliyik. Burada uğur qazandıqdan sonra hər yerdə uğur qazana bilərik",- Honor-dan Toni Ran deyib.
Avropada rüblük smartfon satış payları (%), Mənbə: Financial Times, Counterpoint Research
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 42 d. əvvəl
- 54 d. əvvəl
-
-
57 d. əvvəl
Azərbaycan Dəmir Yolları tərəfindən qəbul edilən blok qatarın sayı kəskin artıb
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Vergi Xidməti planı 592,1 milyon manat artıqlaması ilə yerinə yetirib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Büdcədə 4 milyard manat artıqlıq yaranıb - DAHA ÇOX GƏLİR OLSA DA, DAHA AZ XƏRCLƏNİB
-
1 saat əvvəl
İri bankın nizamnamə kapitalı 31 milyon manatdan çox artırılır
Son Xəbərlər

"FİNCA Azərbaycan"ın işçilərinin sayı azalır

akart 2 beynəlxalq mükafata layiq görüldü

SOCAR Çin şirkətilə saziş imzalayıb

Dövlət Gömrük Komitəsi büdcə planına tam əməl edə bilməyib
.jpg)
Sentyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb

Büdcədə 4 milyard manat artıqlıq yaranıb - DAHA ÇOX GƏLİR OLSA DA, DAHA AZ XƏRCLƏNİB
Ən çox oxunanlar

İri bankın nizamnamə kapitalı 31 milyon manatdan çox artırılır

Oktyabrda Azərbaycanda rəsmi fəaliyyətə başlayır

Azərbaycan bankına əlavə kapital yatırılır

İdarə üçün Xankəndidə yeni bina tikiləcək

Dövriyyədə olan nağd pul və bank ehtiyatları azalıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
