ABŞ Ədliyyə Nazirliyi: Google şirkəti Chrome brauzerini satmalıdır
ABŞ Ədliyyə Nazirliyi Google-un inhisarçı fəaliyyətinə son qoymaq üçün Chrome brauzerinin satışını və Android əməliyyat sisteminə məhdudiyyətlərin qoyulmasını tövsiyə edib. Google isə bu təklifin istehlakçılara zərər verəcəyini bildirib.
ABŞ Ədliyyə Nazirliyi (DoJ) Google-un bazardakı hökmranlığına son qoymaq üçün hazırlanmış 23 səhifəlik sənəddə şirkətin bölünməsini və bəzi mühüm məhsullarının satışını təklif edib. Bu çərçivədə Chrome brauzerinin satışı və Android əməliyyat sisteminə məhdudiyyətlərin qoyulması gündəmdədir.
Marja.az-ın məlumatına görə, Nazirlik bəyan edib ki, bu addımlar Google-un axtarış sistemindəki monopoliyasına son qoyacaq və rəqib axtarış sistemlərinin daha ədalətli rəqabət mühitində fəaliyyət göstərməsinə şərait yaradacaq.
DoJ hüquqşünasları, Chrome-un satışının Google-a istifadəçilərin internetə qoşulduğu mühüm şlüz üzərində nəzarəti itirməsinə imkan verəcəyini qeyd ediblər. Həmçinin bildirilib ki, Android Google-un axtarış sisteminə üstünlük verməyi dayandırmalıdır. Əks halda, Google- Android mobil əməliyyat sistemini də satmalıdır. Nazirlik həmçinin təklif edib ki, axtarış nəticələri müstəqil şəkildə yayılsın və Google rəqib axtarış sistemlərini və süni intellekt təşəbbüslərini dəstəkləmək üçün klik və sorğu məlumatlarını satsın.
Google-dan sərt reaksiya
Google, Keyword bloqunda verdiyi açıqlamada DoJ-nin təklifini "şokedici" adlandırıb və bunun həm istehlakçılara, həm də ABŞ-ın texnologiya liderliyinə zərər verəcəyini iddia edib.
Google-un Qlobal Məsələlər üzrə Prezidenti və Baş Hüquq Mütəxəssisi Kent Uolker deyib: "DoJ amerikalılara və Amerikanın qlobal liderliyinə zərər verəcək radikal müdaxiləçi gündəmi irəli sürməyi seçdi".
Uolker, bu təkliflərin təkcə axtarış sisteminə deyil, istifadəçilərin gündəlik həyatlarında geniş istifadə etdikləri bir çox Google məhsullarına da mənfi təsir göstərəcəyini bildirib.
Google-a qarşı bu proses 2020-ci ildə Ədliyyə Nazirliyi və bir çox ştatlar şirkətin cihaz istehsalçılarına milyardlarla dollar ödəməklə axtarış sistemini defolt etdiyi iddiası ilə məhkəməyə müraciət etdikdən sonra başlayıb. Bu ilin avqustunda federal hakim Amit Mehta Google-un rəqabətsiz qiymətlər tətbiq etməklə axtarış motorları bazarındakı hökmranlığından sui-istifadə edərək monopolist olduğunu müəyyən edib.
Hazırda Google dünya üzrə axtarışların 90 faizindən çoxuna nəzarət edir və gündə təxminən 9 milyard axtarışı emal edir.
Ədliyyə Nazirliyinin Google-ı bölmək təklifləri hakimin qərarına əsaslansa da, gələcək idarəetmə dəyişiklikləri Nazirliyin yanaşmasına təsir göstərə bilər. Google təkliflərə reaksiya verərkən milli təhlükəsizlik riskləri, məlumatların xarici şirkətlərə açıqlanması və dövlətin texnologiyaya müdaxiləsi kimi məsələlərə diqqət çəkib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
1 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Bank of Baku” ASC istiqrazlarını alan investorlar üçün əlavə fürsət!
-
7 saat əvvəl
Ərəb ölkəsinin holdinqi Azərbaycan bankına sərmayə yatıracaq - ANLAŞMA
-
7 saat əvvəl
Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirlikləri şirkəti üçün 2 ədəd konteyner gəmisi tikəcək
-
8 saat əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
-
8 saat əvvəl
AccessBank korporativ sosial məsuliyyət çərçivəsində “İçərişəhər” Qoruğu ilə əməkdaşlığa başlayıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
17-18 sentyabr tarixlərində “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək
-
8 saat əvvəl
Erkən mərhələdə olan layihələrə investisiyaların stimullaşdırılması üçün alətlər yaradılır
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Tramp "Tiktok"la bağlı Çinlə razılığa gəlib

Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirlikləri şirkəti üçün 2 ədəd konteyner gəmisi tikəcək

AccessBank korporativ sosial məsuliyyət çərçivəsində “İçərişəhər” Qoruğu ilə əməkdaşlığa başlayıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17-18 sentyabr tarixlərində “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək

Erkən mərhələdə olan layihələrə investisiyaların stimullaşdırılması üçün alətlər yaradılır

Sentyabr “Həyat Sığortası üzrə Maarifləndirmə Ayı”-dır

Qarabağ atlarının şousunu izləyiblər

Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar, Milli Xalça Muzeyinin Şuşa filialında olublar
