“Brent” markalı xam neftin qiyməti yaxın illərdə əhəmiyyətli dərəcədə düşə bilər"
Goldman: Neftin qiymətinin aşağı düşməsi ehtimalı getdikcə güclənir“Goldman Sachs” qlobal neft bazarı ilə bağlı son təhlilində qeyd edib ki, “Brent” markalı xam neftin qiyməti yaxın illərdə əhəmiyyətli dərəcədə düşə bilər.
Marja.az xəbər verir ki, Bankın əmtəə analitikləri Donald Tramp prezident seçildikdən sonra tarif siyasətini həyata keçirərsə və ya OPEC+ qrupu hasilatı artırarsa, 2026-cı ilin sonuna qədər qiymətlərin bir barel üçün 60 dollardan aşağı düşə biləcəyini proqnozlaşdırırlar. Bu proqnoz 2024-cü ildə cari qiymətlərdən təxminən 20 faiz, orta hesabla 80 dollar/barel qiymətdən isə 25 faiz aşağıdır.
Tələb və təklif dinamikası qiymətlərə təzyiq edir
Goldman Sachs-ın təhlilinə görə, neft təklifinin artması və tələbin məhdud artımı bu il qiymətlərə aşağı istiqamətli təzyiq göstərib. Hesabatda, "Daha yüksək gömrük tarifləri neftə tələbata mənfi təsir göstərə bilər. Həmçinin neft ehtiyatının çoxluğu da qiymətlərə aşağı istiqamətdə təsir edir" deyilir.
Analitiklər Trampın Çindən idxal olunan mallara 60%, digər ölkələrə isə 10-20% gömrük rüsumunun tətbiq edilməsi təklifinin qlobal ticarətə ciddi mənfi təsir göstərə biləcəyini vurğulayıblar.
Goldman Sachs-ın qiymət proqnozu ABŞ-ın ümumiyyətlə 10% tarif tətbiq edəcəyi ehtimalını ehtiva edir. Bankın təhlilinə bənzər şəkildə, Bank of America strateqi Francisco Blanch keçən həftə Trump-ın təklif etdiyi tariflərin qlobal ticarəti məhdudlaşdıracağını, tələbi və qiymətləri aşağı salacağını söyləyib. "Trampın siyasəti birinci Amerika, ikinci əmtəə deməkdir,-" Blanch deyib.
ABŞ-ın neft hasilatı rekord səviyyədədir
Trampın seçki kampaniyası zamanı "neft hasilatının daha da artırılması və enerji qiymətlərinin aşağı salınmasını" vəd edib. Avqustda ABŞ-ın neft hasilatı gündəlik 13,4 milyon barrelə çataraq yeni aylıq rekorda imza atıb. Tramp strategiyasını “Biz yeni quyular qazacağıq və daha çox istehsal edəcəyik” sözləri ilə izah edib.
Qısa müddətdə yüksəliş ehtimalı
Goldman Sachs-ın analitikləri qısa müddətdə qiymətlərin məhdud artımını proqnozlaşdırırlar. Bildirilir ki, İrana qarşı neft sanksiyaları sərtləşdirilərsə, Brent markalı neftin qiyməti 2025-ci ilin ortalarına qədər 83 dollar/barelə qədər yüksələ bilər. Lakin bu artımın müvəqqəti olacağı və qiymətlərin il boyu normallaşaraq orta hesabla 76 dollara düşəcəyi təxmin edilir.
Analitiklər, uzunmüddətli perspektivdə ABŞ və Çin kimi əsas iqtisadiyyatlarda tələbin durğunluğu səbəbindən qiymətlərin yenidən təzyiq altında qalacağı proqnozlaşdırırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 8 d. əvvəl
- 31 d. əvvəl
-
35 d. əvvəl
Azərbaycana körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb
-
42 d. əvvəl
Naxçıvanda 136 layihə üzrə yeni istehsal və xidmət sahələri yaradılıb, sahibkarlarının ixracı artıb
- 43 d. əvvəl
-
1 saat əvvəl
“Araz” supermarketlər şəbəkəsi “Dayaq” mükafatına layiq görülüb
-
1 saat əvvəl
"Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub"
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 20-də gözlənilən hava şəraiti
Azərbaycana körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb
ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı aldı!
“Araz” supermarketlər şəbəkəsi “Dayaq” mükafatına layiq görülüb
Ən çox oxunanlar
Unicapital “Yeni Nəsil Maliyyə” forumunun sponsoru olub
Makron: Avropa Putinlə dialoqu bərpa etməlidir
Restoranda yanğın baş verib
Azərbaycan şirkəti müflis elan olunacaq
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
5-ci böyük bank qazancını bölüşdürməyə hazırlaşır
Rəsmi məzənnələr açıqlandı














.jpg)


