Xalq Bankdan hüquqi şəxslər üçün sərfəli avtokredit
(®) Xalq Bank biznes sahiblərinə özəl sərfəli avtokredit kampaniyasına start verir.
Kampaniyada "Autolux Azerbaijan"ın təqdim etdiyi praktik dizayn və çevik performansı ilə biznes ehtiyaclarını qarşılayan FIAT Doblo və FIAT Ducato markalı avtomobilləri sərfəli avtokredit şərtləri ilə əldə etmək mümkün olacaq.
Avtokredit illik 12 %-lə və 48 ayadək müddətə təqdim edilir. İlkin ödəniş 20%-dən başlayır, kredit daşınmaz əmlakın girovu ilə əldə edildikdə ilkin ödəniş tələb olunmur. 31.01.2025-ci il tarixədək qüvvədə olan kampaniyadan yalnız hüquqi şəxslər yararlana bilərlər.
Həmçinin, kampaniya çərçivəsində avrokreditdən yararlanan müştərilərə Xalq Bankdan 1 illik Visa Platinum Business ödəniş kartı hədiyyə olunur. Visa Platinum Business kartı müxtəlif biznes ödənişlərinin aparılması, işgüzar səfərlər zamanı dünyanın istənilən nöqtəsində premium xidmətlərdən rahatlıqla yararlanma imkanını təqdim edir. Buraya müxtəlif hava limanlarının biznes zallarına ödənişsiz keçid, sürətli keçid (Fast Track), peşəkar Visa konsyerj servisi və digər imtiyazlar daxildir. Kart hesabına onlayn nəzarət və müxtəlif bank əməliyyatlarının məsafədən icrası XalqOnline mobil tətbiqilə rahatlıqla mümkündür.
Bu il fəaliyyətinin 20 ilini qeyd edən Xalq Bank hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biridir. Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, www.xalqbank.az rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















