Velosipedlər üçün abunəlik 50%, "Baku Taxi"yə mobil ödənişlər 1 il 10% endirimlə - BİRGƏ LAYİHƏ
Mastercard Azərbaycanda dayanıqlı şəhər nəqliyyatını təkmilləşdirmək məqsədilə “Bakı Taksi Xidməti” MMC, ABB və “APAR” velosiped icarəsi xidməti ilə əməkdaşlığa başladığını elan edib.
ABB və “APAR” xidməti ilə birgə layihə
Mastercard-ın yaydığı məlumatda bildirilir ki, APAR şəhərin əsas bölgələrində 700 ekoloji təmiz pedallı velosiped və 200 e-velosipedi istifadəyə verir, Mastercard və ABB tərəfdaş kimi taksi təşəbbüsünü mükəmməl şəkildə tamamlayır. ABB-dən əldə edilən Mastercard kartlarının istifadəçiləri pedallı velosipedlər üçün abunəliklərdə 50% endirim əldə edəcəklər. Eyni zamanda, bütün Mastercard istifadəçiləri elektrikli velosipedlərə aid xüsusi stimullardan faydalana biləcəklər. Həmçinin, istifadəçilər üçün velosiped axtarmaq, gəzintiyə başlamaq və icarəni idarə etmək üçün istifadəsi rahat və müasir mobil tətbiq təqdim olunacaq.
"Bakı Taksi" xidməti istifadəçiləri üçün eksklüziv Mastercard üstünlükləri
Ekoloji cəhətdən təmiz elektrik taksilərinin istifadəsinə təşviq etmək məqsədilə "Baku Taxi" şirkəti Mastercard kart istifadəçiləri üçün eksklüziv kampaniyaya start verib. Kampaniya çərçivəsində mobil ödənişlərə bir il ərzində 10% endirim təklif olunur. Bu təşəbbüs həm sakinləri, həm də qonaqlari təmiz nəqliyyata təşviq etmək, eyni zamanda emissiyaları azaltmaq və dayanıqlılığı dəstəkləmək məqsədi daşıyır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyininin İdarə Heyətinin sədr müavini Natiq Dadaşov AYNA tərəfindən paytaxt ərazisində mikromobillik infrastrukturunun inkişafı və xüsusilə yaxın məsafələrə səfərlər zamanı əhalinin bu növ nəqliyyat vasitələrindən istifadəyə təşviq edilməsi məqsədilə 35 km-ə yaxın mikromobillik zolağı salındığını diqqətə çatdırıb.
Həmçinin, taksi sahəsində xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçirilən yeniliklərin müsbət nəticələrinin müşahidə edildiyini bildirib.
Mastercard-ın Türkiyə və Azərbaycan üzrə baş direktoru Avşar Gürdal bu təşəbbüslərdən məmnunluğunu ifadə edərək bildirib: “Bakı Taksi Xidməti və ABB ilə əməkdaşlıq edərək Azərbaycanda şəhər mobilliyini təkmilləşdirməkdən qürur duyuruq. İnnovativ nəqliyyat həlləri təqdim edərək hər kəs üçün daha təmiz və əlçatan seçimlər yaratmağı hədəfləyirik.”
Bu tərəfdaşlıq vasitəsilə Mastercard, “Bakı Taksi Xidməti”, ABB və “APAR” Azərbaycanda şəhər həyatını yaxşılaşdırmaq, emissiyaları azaltmaq və dayanıqlı nəqliyyat həllərini təşviq etmək məqsədilə hər kəs üçün daha yaşıl bir gələcəyin qurulmasına töhfə verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
6 d. əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
28 d. əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
34 d. əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
44 d. əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
Ən çox oxunanlar
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Bank marketinq agentliyi xidmətləri satın alır
“Kənddən Şəhərə” Yeni il yarmarkası başlayır













.jpg)



